Göygöldə dezinfeksiya tədbirlərinə başlanılıb - FOTO

Göygöl rayonunda koronavirusu ilə mübarizə istiqamətində dezinfeksiya işlərinə başlanılıb.

SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, aparılan profilaktik tədbirlər çərçivəsində rayon Mərkəzi Xəstəxanası, tibb məntəqələri, təhsil müəssisələri, uşaq bağcaları dezinfeksiya olunub.

Dezinfeksiya tədbirləri rayonun mərkəzi hissəsi ilə yanaşı, həmçinin ara küçələrində də həyata keçirilib.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə