Bakıda koronavirusa görə dustaqların bəziləri azadlığa buraxılır

Penitensiar Xidmətin müəssisələrində saxlanılan dustaqların bir hissəsi azadlığa buraxılır.

SİA-nın məlumatına görə, bu barədə hüquq müdafiəçisi Novella Cəfəroğlu məlumat verib.

Onun sözlərinə görə, İnsan Hüquqları üzrə Birgə İşçi Qrupu adından koronavirus pandemiyası təhlükəsinə görə Prezident Administrasiyasına müraciət edilib: "Artıq həmin müraciətə əsasən, cəza müddətinin başa çatmasına az qalan dustaqların buraxılmasına başlanılıb. Bu proses aprel ayınadək davam edəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...