Koronavirusdan qaçarkən kilo almayın! MÜTƏXƏSSİS MƏSLƏHƏTİ

Koronavirusdan qaçarkən kilo almayın! MÜTƏXƏSSİS MƏSLƏHƏTİ

Bütün dünya ölkələrində, eləcə də Azərbaycanda koronavirusla mübarizə tədbirlərinin əsasında duran məsələ insanların təmasdan uzaq olması, özünütəcrid etməsidir. Evda qalmaqla həm özümüzü, həm cəmiyyəti qorumuş olur, həm də dövlətə yardım etmiş oluruq. 65 və daha yuxarı yaşı olan şəxslərin evdən çıxmaması isə xüsusi nəzarətdə saxlanılır. Tibb mütəxəssislərinin fikrincə, ən təhlükəli viruslardan qorunmaq üçün yediyimiz qidalar önəm daşıyır. Düzgün qidalanma həm immun sisteminin möhkəmlənməsi, həm də ümumilikdə sağlamlığımız üçün önəmlidir. Bəs evdə qalarkən necə qidalanmalıyıq?

Həkim dietoloqların fikrincə evdə oturan şəxslərin düyü, un şəkər, makaron kimi qidalardan çox istifadə etməsi həm sağlamlıq, həm də kilo almaq baxımından ziyanlıdır.

Türkiyəli dietoloq Nursena Altunsu bu müddət ərzində evdə qalan şəxslərə kilo almamaqla bağlı tövsiyələrini verib.

O bildirib ki, makaron, düyü, un, şəkər kimi yüksək qlisemik indeksi olan qidaların istehlakı fiziki cəhətdən hərəkətsiz olduğumuz dövrdə həm bədən çəkisinin artmasına, həm də xroniki xəstəliyi olan şəxslərdə vəziyyətin ağırlaşmasına səbəb ola bilər: "Xroniki xəstəlikləri nəzarətdə saxlamaq üçün dietoloqlar tərəfindən sağlam pəhriz tövsiyələri nəzərə alınmalıdır".

Bununla yanaşı mütəxəssis qidalanmada yol verilən səhvləri diqqətə çatdıraraq bir sıra xəbərdarlıq da edib.

Koronavirusla mübarizə ərəfəsində dietoloqların gəldiyi qənaətə əsasən, immun sistemini güclü saxlamaq üçün bu müddət ərzində saxlanılan pəhrizin əsasını protein, mineral və vitaminlərlə zəngin olan paxla, bulqur, taxıl unu, konservləşdirilmiş balıq, yumurta və dondurma ilə saxlanıla bilən mövsümi tərəvəz və meyvələr təşkil etməlidir: "Sağlam qidalanma modelinə görə, boşqabın dörddə biri tərəvəzdən, digər dörddə biri taxıl məhsullarından, qalan yarısı meyvələrdən, yüksək proteinli qidalardan (paxlalı bitkilər, ət, yumurta, balıq, toyuq, yağlı toxum) və süd məhsullarından ibarət olmalıdır".

Bununla yanaşı evə olduğunuz müddətdə iş həyatında olduğu kimi günə tezdən başlamaq, kifayət qədər yuxu almaq mütləqdir. Çünki normal yuxu gün ərzindəki aclıq hissinin qarşısını almağa kömək edir. Günün ən azı 1 saatını isə fiziki fəaliyyətə ayırmaq məsləhətdir. Bir sözlə düzgün qidalanma, yuxu və fiziki aktivlik həm immun sisteminizi gücləndirəcək, həm də koronavirusdan yüngün şəkildə yaxa qurtarağa kömək edəcək.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə