Avropada koronavirusa yoluxmanın pik həddə çatacağı VAXT

Fransa, İtaliya və İspaniyada koronavirusun yayılma həddi martın 30-31-də pik həddə çatacaq. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə ekspert-virusoloq, Besancon Araşdırma və Tədqiqat Mərkəzinin direktoru Filip Humbert deyib.

"Bu gün əldə etdiyim cədvələ əsasən bir çox ölkələrdə virusun yayılması martın 30-31-də pik həddə çatacaq. Fransa hələ pik həddinə çatmayıb və o bu həddə martın 31-dən sonra çata bilər. Lakin bir sıra Avropa ölkələrində koronavirusla bağlı pik hədd üç-dörd gündə özünü göstərəcək", -deyə ekspert qeyd edib.

F. Humbert vurğulayıb ki, bununla yanaşı yaxın günlərdə vəziyyət daha da pisləşəcək və ölüm sayı daha da artacaq. Onun sözlərinə görə, dünya əhalisinin təqribən 50 faizi yeni koronavirusla müəyyən dərəcədə qarşı-qarşıya qala bilər.

Viruoloqun proqnozlarına görə, COVİD-19-a yoluxan insanların 3-5 faizi dünyasını dəyişəcək.

Məlumat üçün nəzərinizə çatdıraq ki, Ümümdünya Səhiyyə Təşkilatı martın 11-də koronavirusu pandemiya elan edib. Son məlumatlara görə, dünyada 414 mindən çox insan virusa yoluxub, 18 mindən çox insan isə dünyasını dəyişib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə