Dəstək Fonduna edilən ianələr 85 milyon manatı ötdü

Koronavirusla Mübarizəyə Dəstək Fonduna edilən ianələr 85 milyon manatı ötüb. SİA Koronavirusla Mübarizəyə Dəstək Fondunun rəsmi internet saytına istinadən xəbər verir ki, Fonda edilən ianələrin məbləği 85,617,766 manat dəyərində olub.

Belə ki, Koronavirusla Mübarizəyə Dəstək Fonduna 800 hüquqi şəxs, 1464 fiziki şəxs tərəfindən ianələr edilib.

Qeyd edək ki, Koronavirusla Mübarizəyə Dəstək Fondu Prezident İlham Əliyevin 19 mart tarixli Sərəncamına əsasən yaradılıb.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə