Nəqliyyat Mübadilə Mərkəzindəki gözləmə zallarına giriş dayandırıldı FOTO

"Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzindəki gözləmə zallarına giriş müvəqqəti olaraq dayandırılıb.

Bakı Nəqliyyat Agentliyindən SİA-ya verilən məlumata görə, məqsəd xüsusi karanti rejimi davam etdiyi müddətdə sərnişinlərin qapalı məkanda toplaşmasının qarşısını almaqdır. Belə ki, qapalı məkanlarda xəstəliyə yoluxma riski daha yüksək olur.

Sərnişinlərdən bunu anlayışla qarşılamaları, avtobusu perronlarda gözləmələri xahiş edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə