Virus evə ayaqqabı və paltarla gələ bilər? - ARAŞDIRMA

Yeni tip koronavirus (Covid-19) ölkəmizdə də yoluxmalara və ölümə səbəb olub. Vətəndaşlar virusa yoluxmamaq üçün xəstəlik barədə öyrənməyə çalışırlar. SİA-nın araşdırmalarına görə, mütəxəssislər koronavirusuna qarşı edilən və edilməməsi gərəkən məqamları, gündəlik həyatda virusa qarşı görüləsi mütləq işlərin siyahısını, sosial mediada yayılan və əslində ümumiyyətlə işə yaramayan üsullara diqqət yetirilməli olduğumuzu bildirirlər.

Pul virus daşıyıcısıdır, mütləq kredit kartı istifadə edin

Virusa yoluxma baxımından pul nə qədər risklidir? Pul pambıq və kətandan hazırlanır. Tərkibi və quruluşuna görə virus və bakteriyaların sığınması, daşınması üçün idealdır. Həm də pula bir çox insan tərəfindən toxunulur. Buna görə də virusun ötürülməsi üçün pulun potensialı yüksəkdir. Kredit kartı daha etibarlıdır. Nağd və kart arasında seçim etməlisinizsə, kartı seçməlisiniz. Çünki şəxsi istifadədir. Kart ödənişlərində ən etibarlı təmassız ödəniş modelidir.



Ayaqqabıya toxunma

Ayaqqabılarımız üçün necə tədbir görülməlidir? Ayaqqabılar virusu evə gətirə bilər. Ancaq bu virus evdə öz-özünə ötürülmür. Deyək ki, evə girdiniz, ayaqqabılarınızı çıxarın və uşaqların əllərinin çata bilməyəcəyi yerə qoyun. Sonra isə əlləri yumaq əsas qaydadır. Ayaqqabı ilə təmasda olmadıqda, üzərində bir virus varsa belə, havaya qarışıb yoluxma halına səbəb olmur. Bağlamalarımız gəldi, necə aparmalıyıq? Balkonda açıq havada ən az 6-8 saat saxladıqdan sonra açmağınız tövsiyyə olunur.

Duzlu su ilə qarqara etmək işə yaramır

Virusdan qorunmaq üçün duzlu su ilə qarqara etməyin faydası varmı? Heç bir faydası yoxdur. Yalnız duzlu su qarqarasının deyil, isti su, saç qurutma maşının boğazda saxlamaq və bu kimi bir çox tətbiq faydasızdır, hətta zərəri belə ola bilər. Xüsusilə duzlu su ürək və böyrək çatışmazlığı olanlar üçün çox risklidir.



Pişik və İtdən yoluxma halı olmur

İti gəzdirib evə gətirəndə nə etməli? Hələki birbaşa itdən və ya pişikdən virus ötürüldüyünə dair bir dəlil yoxdur. Ancaq pəncələr virusla təmasda olma ehtimalına görə, pəncələri ammonyak və ya spirt əsaslı yuyucu bez ilə təmizlədikdən sonra evə aparılmalıdır. Quşçuluq və heyvandarlıqda risk varmı? Bu heyvanlar virus daşıyıcısı və ya yoluxdurucusu deyil. SarsCov 2 yarasa qaynaqlı virusdur və başqa bir heyvan vasitəsi ilə insana keçir. Qandan keçir? Hələ qanla ötürüldüyü barədə məlumat yoxdur. Məcburi hallarda sağlam insanlar qan verə və qəbul edə bilərlər. Mutasiya edir və ya dəyişir? Mutasiya üçün potensial var. Çevrilə bilər. Mutasiya edərsə aparılan elmi araşdırmalar (peyvəndlər və s.) boşa çıxa bilər? Mutasiyanın hansı istiqamətdə olacağını bilmirik. Bəlkə müsbət yöndə mutasiya ola bilər.

Paltarları 8 saat havalandırın

Evə gələn kimi dərhal çıxarın. Onları birbaşa şkafa digər paltarın yanına qoyma. Ən azı 6-8 saat havalandıra biləcəyiniz bir yerə qoyun, havalandırın.
Virusdan azad olmaq və qorunmaq üçün bu vaxtlar nəzərə alınmalıdır. Ümumiyyətlə, bu vaxtları bir çox oxşar mövzularda əsas götürə bilərik.



Mədə turşuları virusu öldürür

Qida ilə ötürülürmü? Mədə turşuları virusu öldürür. Buna görə virus mədədə yaşaya bilməz. Yemək yolu ilə mədəyə keçsə də, orada yaşaya bilməz. Yoluxma üçün ağciyərlərə getməlidir. Virusu mədəyə göndərmək üçün tez-tez bir neçə qurtum su içmək mümkündürmü, çünki ağzımız və boğazımız yoluxmuş ola bilərmi? Bu virus ağızınızda və ya boğazınıda durub sizin su içməyinizi gözləmir. Saniyələr içində ağciyərlərə keçir. İmmunitet sisteminizin müqavimət gücünə görə təsiri də ortaya çıxır. Birdən çox adam eyni boşqabdan yeyə bilərmi? Bu çox risklidir. Tamamilə qadağan olunmalıdır. Hər kəs öz boşqablarını, qaşıqlarını və çəngəllərini istifadə etməlidir. Fərqli çay və şorba tövsiyələri varmı? Nəzərə almayın. Düzgün qidalanma, müntəzəm yuxu bədənin təzə və canlı qalması üçün vacib şərtlərdəndir. Evdə qaldığımız bu müddətdə qidalanma mövzusunda daha diqqətli olmalıyıq.



Metal və plastik səthlərdə 7-8 saat qala bilir

Virus havada dolaşır? Virus havada yayılmır, havada asılı qalmır. Öskürəndə damcılar şəklində səpilir. O damcılar ya saniyə içində yerə düşür və ya ən yaxın səthə qonur. Damlacıqlarda ən az 3 saat yaşaya bilər. Damlacıqlarla təmas və ya nəfəs yolu ilə ötürülür. Düz səthlərdə nə qədər yaşayır? Düz səthlərdə daha uzun yaşayır. Kobud səthlərdə onun ömrü azalır. Bu mövzuda araşdırmalar və nəşrlər çox azdır. Metal və plastik səthlərdə ən az 7-8 saat qalmasına dair ilkin müəyyənləşdirmələr var.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...