Hazırda yeni növ koronavirus epidemiyasına qarşı mübarizənin əsasında gigiyenik qaydalara əməl etmək dayanır. Mütəxəssislər tərəfindən verilən tövsiyələrdə də təmizlik qaydalarına üstünlük verməyin önəmi, bu qaydalara riayət olunduğu təqdirdə kəskin viruslardan qorunmağın mümkünlüyü vurğulanır. Şübhəsiz ki, smartfon və planşetlərimiz gündəlik həyatımızda ən çox istifadə etdiyimiz cihazlardır. Hesablamalara görə, gündə ən azı 50 dəfə mobil telefonlarımıza toxunuruq. Belə olan halda, bu cihazların necə təmiz saxlaya bilərik?
Mütəxəssislərin fikrincə, cihazınızla natəmiz yerlərə girməkdən çəkinmək mütləqdir. Əllərinizi sabun və su ilə ən azı 20 saniyə yuyunduqdan sonra yenidən onlardan istifadə etmək olar
İctimai nəqliyyatda və ya əllərinizlə başqa bir yerə toxunduqdan sonra telefonunuzdan mümkün qədər az istifadə etməyə çalışın: "Əllərinizi yuyandan və telefonunuzu spirt əsaslı təmizləyicilərlə sildikdən sonra yenidən istifadə edə bilərsiniz.

Cihazınızı su, sabun, sirkə və digər təmizləyici maddələrlə yumaqdan çəkinin. Bunun əvəzinə spirt əsaslı təmizləyicilərdən istifadə edin. Alkoqol əsaslı təmizləyiciləri birbaşa cihazınıza yaymayın. Dezinfeksiya edən salfetlərin köməyi ilə cihazınızı yumşaq bir şəkildə təmizləyə bilərsiniz. Eyni şəkildə qulaqlıq və şarj kabellərini su, sabun, yuyucu vasitə və sirkə ilə yumaqdan çəkinin. Bunun əvəzinə bir spirt əsaslı təmizləyici və salfetlərdən istifadə etmək olar.
Telefonunuzu təmizləyərkən onun "tok"a taxılmadığına əmin olun. Onun kamera hissəsini təmizləyərkən yumşaq parçalardan istifadə edərək cihazın xarici səthini yumşaq şəkildə silin. Cihazınızdakı boşluqların nəmə məruz qalmadığından əmin olun.

Lazım gələrsə, bezin bir ucunu az miqdarda distillə edilmiş su ilə və ya ya spirtli (70 faizdən çox etanol və ya izopropil spirt) məhsullarla nəmləndirin. Cihazınızın ön və arxa səthini həddindən artıq yükləmədən yumşaq bir şəkildə silin. Gün ərzində cihazınızı tez-tez təmizləyin.
Qeyd edək ki, bu təmizlik tövsiyələri yalnız cihazınızdakı şüşə, keramika və metal səthlər üçündür. Bu tövsiyələr dəri, rezin və ya plastik kimi yumşaq aksesuarlara şamil edilmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB