Naxçıvana giriş və çıxış dayandırıldı

Naxçıvana giriş və çıxış dayandırıldı

Naxçıvan Muxtar Respublikasına xaricdən bütün nəqliyyat vasitələrinin giriş-çıxışı dayandırılıb. SİA xəbər verir ki, yalnız tranzit yüklərin daşınmasına icazə veriləcək.

Bu barədə martın 24-də dünyada pandemiya elan olunan koronavirusun muxtar respublika ərazisində yayılmasının qarşısının alınması ilə bağlı tədbirlərə həsr olunan müşavirədə qərar qəbul edilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun tapşırığına əsasən, Naxçıvan Muxtar Respublikasına təyyarə uçuşları dayandırıldığından Dövlət Gömrük Komitəsi Sədərək gömrük keçid məntəqəsindən keçməklə Naxçıvan Beynəlxalq Hava Limanından Bakı şəhərinə yola salınan Azərbaycan Respublikası vətəndaşlarının (ölkəmizin digər bölgələrindən olanlar) keçidini təmin etməlidir.

Dövlət Miqrasiya Xidməti və Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinə isə bütün xarici ölkə vətəndaşlarının muxtar respublikaya gəlişi, həmçinin muxtar respublika ərazisinə bütün nəqliyyat vasitələrinin giriş-çıxışı dayandırılacaq, yalnız tranzit yüklərin daşınmasına icazə veriləcək.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə