YAP Masallı rayon təşkilatı da yardım təşəbbüsünə qoşuldu

YAP Masallı rayon təşkilatı da yardım təşəbbüsünə qoşuldu
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna daxil olan vəsaitin miqdarı artmaqda davam edir. SİA-nın verdiyi məlumata görə, Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı da Prezidentin çağırışına dəstək nümayiş etdiriblər.

YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev əməkdaşımızla söhbətində qeyd edib ki, Azərbaycanın hər yerində olduğu kimi Masallı rayonunda da koronavirusla mübarizə tədbirlərində cəmiyyətin aktivliyi müşahidə edilir. Prezidentin imzaladığı Sərəncamın pandemiya ilə mübarizədə daha çevik proqram olduğunu deyən rayon təşkilatının sədri əlavə edib ki, partiyanın Masallı rayon təşkilatının üzvləri bir aylıq maaşlarını - 6 min manat vəsaiti Koronavirusla Mübarizəyə Dəstək Fonduna keçiriblər.

Rəfiqə Hüseynova

Bütün xəbərlər Facebook səhifəmizdə