HERMES FİNANCE lizinq şirkəti Koronavirusla Mübarizəyə Dəstək Fonduna 10 min manat məbləğində vəsait ayırıb
Bildiyiniz kimi Azərbaycan Prezidenti İlham Əliyevin 19 Mart 2020-ci il tarixli Fərmanı ilə ölkədə koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb.
SİA-nın məlumatına görə ölkənin aparıcı lizinq şirkətlərindən olan HERMES FİNANCE Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizə çağırışına qoşularaq Koronavirusla Mübarizəyə Dəstək Fonduna 10 min manat məbləğində vəsait köçürüb.
Məqsəd koronavirus (COVİD-19) pandemiyasının geniş yayılmasının qarşısının alınması istiqamətində sosial həmrəyliy nümayiş etdirmək və ölkə iqtisadiyyatına təhlükəli xəstəliklə mübarizədə öz töhfəsini verməkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB