YAP Suraxanı rayon təşkilatı da aksiyaya qoşuldu

YAP Suraxanı rayon təşkilatı da aksiyaya qoşuldu

Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə həyata keçirilən “Sağlamlığımız milli həmrəyliyimizdədir" aksiyasına Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatı da qoşulmuşdur. SİA-nın məlumatına görə davamlılığa əsaslanan aksiya 21-29 mart tarixləri aralığında davam edəcədir. Aksiya çərçivəsində Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatı Gənclər Birliyinin gənc könüllüləri Suraxanı rayonu ərazisində yaşayan tənha, yaşlı, ahıl insanların evlərinə baş çəkərək, onları COVID-19 virusundan qorunma üsulları barədə məlumatlandıracaq, gigiyenik vasitələrdən ibarət bağlamaları onlara təqdim edəcəkdir. Aksiya 4 gündür ki, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatı tərəfindən davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə