Dünya Tibb Birliyinin sədri: "Hazırki vəziyyət ilin sonunadək davam edəcək"

Dünya Tibb Birliyinin sədri: "Hazırki vəziyyət ilin sonunadək davam edəcək"

Dünya Tibb Birliyinin sədri Frank Ulrix Montqomery dünyada koronavirusla bağlı yaranan fövqəladə vəziyyətin ilin sonunadək davam edəcəyini açıqlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, qurum sədri deyib: “bu problem ilin sonunadək bizi müşaiyət edəcək”.

O qeyd edib ki, hazırki vəziyyət bütün ictimai həyatımızı və işimizi yenidən qurmağa ehtiyac olduğuna işarədir: “Hazırki proseslər peyvənd hazırlanana qədər davam edəcək”.

Qeyd edək ki, Ümumdünya Tibb Birliyi (WMA) 1947-ci ildə təsis edilib. Birliyə 100-dən çox tibb təşkilatları, assosiasiyalar daxildir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə