Yaxin üç gün ərzində hava necə olacaq? PROQNOZ

Yaxin üç gün ərzində hava necə olacaq? PROQNOZ

Üç gün ərzində gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, yaxın 3 gün ərzində ölkə ərazisində nisbətən sabit, əsasən yağmursuz hava şəraitinin davam edəcəyi gözlənilir.

Zəif cənub-şərq istiqamətində külək əsəcək. Havanın temperaturu tədricən 2-3° yüksələrək, Bakıda və Abşeron yarımadasında 18°, Mərkəzi Aran rayonlarında 20°, dağlıq rayonlarda 13 ° -dək isti olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə