Dövlət Statistika Komitəsinin sədri maaşını Fonda köçürüb

Dövlət Statistika Komitəsinin sədri maaşını Fonda köçürüb

Dövlət Statistika Komitəsinin rəhbərliyi Azərbaycan Respublikası Prezidentinin təşəbbüsünə qoşulub. Bu barədə Dövlət Statistika Komitəsindən SİA-ya məlumat verilib.

Məlumata görə, Dövlət Statistika Komitəsinin rəhbərliyi dövlət başçısının 2020-ci il 19 mart tarixli "Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında" Fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 1 aylıq vəzifə maaşını köçürüb.

Komitənin əməkdaşlarını da bu nəcib təşəbbüsə qoşulmağa çağırıb.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə