Finlandiyanın eks-prezidenti və xanımı da yoluxdu KORONAVİRUS

Finlandiyanın eks-prezidenti və xanımı da yoluxdu KORONAVİRUS

Finlansiyanın eks-prezidenti, 82 yaşlı Martti Axtisaari özünü yaxşı hiss edir. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə mövcud dövlət başçısının dəftərxana müdiri Sauli Niinistyö məlumat yayıb. Bildirilir ki, Finlandiyaya 1994-2000-ci illərdə rəhbərlik edən sabiq dövlət başçısının koronavirus testi müsbət çıxıb.

Bildirilir ki, eks-prezident özünü yaxşı hiss edir. Lakin bundan öncə onun həyat yoldaşı Axtisaari Eeva da infeksiyaya yoluxub.

Ölkənin MTV3 telekanalının məlumatına görə, Beynəlxalq qadınlar günündə Helsinkinin Musiqi evində keçirilən konsertdə bir neçə insan koronavirusa yoluxub. Məhz orada Axtisaari cütlüyü də iştirak edib.

Lakin bu da son olmayıb. Belə ki, Finlandiyanın daha bir eks-prezidenti, 2000-2012-ci illərdə ölkəyə rəhbərlik etmiş Tarya Halonen və arvadı, eləcə də mərhum eks-prezident Finlandiyaya 1982-1994-cü illərdə prezidentlik edən Mauno Koyvistonun həyat yoldaşı Tellervo da koronavirusa yoluxublar.

Ötən şənbə günü isə məlum olmuşdu ki, Finlandiyada koronavirusdan ilk yaşlı pasient həyatını itirib. Ölkədə yoluxanların sayı 700 nəfərdir.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə