Bu gün havanın temperaturu iqlim normasından yuxarı olub

Bu gün havanın temperaturu iqlim normasından yuxarı olub

Ölkə ərazisində faktiki hava şəraiti açıqlanıb. Nazirliyin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, martın 24-ü gündüzdək ölkə ərazisində hava şəraiti sabit və əsasən yağmursuz keçib. Sumqayıt, Naftalan, Gəncə, Şəmkir, Qrız (Quba), Tərtər, Zərdab, Göyçay, Biləsuvar, Lerik, Sarıbaşda (Qax) duman müşahidə olunub.

Havanın temperaturu martın 23-də iqlim normasından 4.5° yuxarı olub, maksimal temperatur Bakıda və Abşeron yarımadasında 14°-dək isti, Aran rayonlarında 17-19° isti, dağlıq rayonlarda 11°-dək isti, Naxçıvan MR-da 18°-dək yüksəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə