Karantin rejimində bilməli olduğumuz ən vacib QAYDALAR

Karantin rejimində bilməli olduğumuz ən vacib QAYDALAR

Koronavirus xəstəliyindən qprunmağın əsas yolu karantin rejiminin tətbiq edilməsindən keçir. Karantin rejiminin zəruriliyi xəstəliyin kütləvi şəkildə yayılmasının qarşısını almaq məqsədi daşıyır.

Belə olan halda karantin rejimində necə davranmalıyıq? SİA bilməli olduğunuz ən vacib qaydaları diqqətinizə çatdırır.

Karantin rejimini zamanı vətəndaşlar vacib olmadığı təqdirdə evdən çölə çıxmamalıdırlar.

Yaşlı insanların virusa yoluxma halı daha yüksəkdir. Virusa yoluxan şəxslər özünə və ətrafına potensial təhlükə sayılır. Adamların evdən çıxması ilə ictimai nəqliyyatda, əhalinin sıx olduğu yerlərdə xəstələnməsi hər zaman mümkündür. Bu baxımdan unutmayın ki, karantin sizin sağlamlığınız üçün nəzərdə tutulub.

Evdə qalan şəxslərdə öskürmə, qızdırma, halsızlıq və digır hallar müşahidə edilərsə, dərhal həkim çağırılmalıdır.

Kommunal xərcləri və dgər ödənişləri online qaydada həyata keçirin.

Pul əskinaslarından az istifadə edin. Ödənişı kartlarından yararlanmağa çalışın.

Virusdan maksimum qorunmaq üçün əllərinizi tez-tez sabunla ən azı 20 saniyə müddətində yuyun.

Xəstəliyin əsasən ticarət mərkəzləri, insanların sıx olduğu digər yerlərdə yayılmasını nəzərə alaraq, sosial izolyasiya qaydalarına əməl edin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında yaradılan Operativ Qərargahın bütün tələb və tövsiyələri yerinə yetirilməlidir.

Qeyd edək ki, Ümümdünya Səhiyyə Təşkilatı koronavirus xəstəliyini pandemiya elan edib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə