Futbol üzrə Avstraliya çempionatı dayandırıldı

Futbol üzrə Avstraliya çempionatı dayandırıldı

Futbol üzrə Avstraliya çempionatı qeyri-müəyyən müddətə dayandırılıb.

SİA-nın Avstraliya Futbol Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, buna koronavirus pandemiyası səbəb olub.

Ölkənin bir çox şəhərində karantin tətbiq olunub, insanların hərəkəti məhdudlaşdırılıb.

Məhz bunlara görə aprelin 22-dək çempionatın bütün oyunları təxirə salınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə