Ermənistanda koronavirusa yoluxma halı 235 nəfərə çatıb. SİA xəbər verir ki, ölkənin baş naziri Nikol Paşinyanın Facebook vasitəsi ilə çıxdığı canlı yayımındakı sözlərini aysor.am saytı yayıb.
"Yoluxma halı Kotayk vilayətində fəaliyyət göstərən istehsalat müəssisəsində və İrəvanın Erabuni rayonunda aşkarlanıb", deyə erməni baş nazir bildirib.
"Belə bir vəziyyətdə biz bir həftə ərzində sərt məhdudiyyətər qoymalıyıq ki, gələcəkdə virusun yayılma halının qarşısını alaq", deyə Paşinyan gecikmiş qərarını verib.
Qeyd olunur ki, 235 yoluxandan 26-ı ağ ciyər sətəlcəmidirlər, lakin onların vəziyyətləri nəzarət altındadır. Əksər yoluxanlarda isə hərarət yoxdur.
Paşinyanın daha bir gecikmiş qərarı iaşə obyektlərinin fəaliyyətinin dayandırılması ilə bağlıdır. Belə ki, bir çox ölkələrdə, o cümlədən Azərbaycanda bu fəaliyyət artıq dayandırılıb və yalnız qida sifarişi fəaliyyəti saxlanılır.
Paşinyan tikinti, tekstil və s. sahələrin də işini dayandırması barədə qərar verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB