Dövlət Gömrük Komitəsi (DGK) Azərbaycan Respublikası Prezidentinin ölkədə koronavirus infeksiyasına yoluxma hallarının qarşısının alınması məqsədi ilə aparılan preventiv və profilaktik tədbirlərin gücləndirilməsi barədə çağırışına dəstək olaraq dövlət başçısının 19 mart 2020-ci il tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etməyi qərara alıb. SİA-nın məlumatına görə, bu barədə DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib.
Məlumata görə, komitənin əməkdaşlarının aylıq vəzifə maaşlarına əlavələrindən 1 milyon manat Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB