Yaşı 65-dən yuxarı tənha yaşayan şəxslərə evlərində sosial xidmətlər göstəriləcək
Koronavirus (COVID-19) infeksiyasının ölkədə yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkədə xüsusi karantin rejiminin elan edilməsi çərçivəsində 65 yaşdan yuxarı insanların da evdən çıxması qadağan edilib. Bu da koronavirus infeksiyasına yoluxma riski yüksək olan həmin kateqoriyadan olan insanların pandemiyadan qorunması məqsədinə xidmət edir.
SİA Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, xüsusi karantin dövründə (24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək) yaşı 65-dən yuxarı olan və hazırda tənha yaşayan vətəndaşların (o cümlədən ər-arvadların) qanunvericiliyə əsasən evlərində sosial məişət xidmətləri ilə təminatı həyata keçiriləcək.
Belə ki, “Sosial xidmət haqqında” Qanuna uyğun olaraq, hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbələrinin sosial xidmət işçiləri tərəfindən tənha yaşayan və yaşı 70-dən yuxarı olan, ahıl şəxslər evlərində sosial məişət xidmətləri ilə təmin olunurlar. Onlara ev təsərrüfatı ilə bağlı işlərdə, təmizlik işlərində, əsas tələbat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində və s. köməklik göstərirlər.
Bundan sonra karantin dövrü ərzində həmin sosial məişət xidmətləri yaşı 65-dən yüksək olan və tənha yaşayan vətəndaşları da əhatə edəcək.
Beləliklə, bu kateqoriyadan olan tənha şəxslərin də evdə olduqları müddətdə gündəlik tələbatları ilə bağlı bu və ya digər zəruri ərzaq və avadanlıqların, dərman vasitələrinin alınması, müxtəlif ödənişlərin edilməsi və s. ilə bağlı evdən bayıra çıxamalarına ehtiyac qalmadan, bu istiqamətdə elə evlərində dəstəklə təmin olunacaq, ehtiyac duyduqları sosial məişət xidmətləri ilə əhatə olunacaqlar.
Bunun üçün yaşı 65-dən yuxarı olan və tənha yaşayan vətəndaşlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142-Çağrı mərkəzinə zəng edərək qeydiyyata alınmalıdırlar. Bundan sonra qeyd edilən xidmətlər onlara göstəriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Sudanda təyyarə qəzası olub - 5 uşaq həlak olub
Dünya 23:02Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 20:05Ölümcül yük altında yatmaq...
Sosial 19:51ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 18:49İnsanı inandırmağın yeddi yolu..?
Sosial 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 17:52Kobaxidze Ermənistana səfər edib
Dünya 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 17:02Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 16:34Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 16:20Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 14:50Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 14:35“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 14:03Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 13:55"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 13:46BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 13:20Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 12:51Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 12:44SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...
Sosial 11:51Bakıda kəlağayı ilə milli irs yürüşü keçirilib - REPORTAJ
Mədəniyyət 10:55Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%



