Sahibkarlara müxtəlif formada güzəştlər ediləcək - İbrahim Məmmədov
İnfeksiyaya qarşı zəruri olan ləvazimatların ölkə daxilində istehsalını təşkil etmək zəruridir, amma bunu qısa zamanda həyata keçirmək mümkün deyil.
SİA xəbər verir ki, bunu xüsusi karantin rejiminin elan edilməsi ilə bağlı brifinqdə Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
Onun sözlərinə görə, sahibkarlara müxtəlif formada güzəştlər ediləcək ki, onlar muzdlu işçilərini saxlasın və sosial məsuliyyətini itirməsinlər.
"Bu gün Sədərək ticarət mərkəzinin rəhbəri bildirib ki, martın 15-dən aprelin 15-dək sahibkarlardan icarə haqqı alınmayacaq".
İ.Məmmədov qeyd edib ki, restoranlar tərəfindən onlayn sifariş və evə çatdırılma mümkündür və bununla bağlı heç bir məhdudiyyət yoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB