Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının sayı azaldılıb

Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının sayı azaldılıb

Martın 28-dək Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının sayı azaldılıb. "Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, sərnişin tələbatını nəzərə alaraq, martın 24-dən martın 28-i də daxil olmaqla, Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının sayında dəyişiklik edilir. Sərnişinlərin nəzərinə çatdırırıq ki, həmin tarixlərdə Bakıdan saat 17:00, 18:30 və 19:55-də yola düşən qatarlar, Sumqayıtdan isə Bakıya saat 17:45, 18:45 və 19:30 - da qayıtmalı olan qatarların hərəkəti ləğv olunur.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə