Martın 21-i dünyada həm də Beynəlxalq Meşələr Günü kimi qeyd olunur. SİA BMT-nin Ərzaq və Kənd Təsərrüfatının saytına istinadla xəbər verir ki, BMT-nin Baş Assambleyası 2012-ci ildə martın 21-ni Beynəlxalq Meşələr Günü elan edib. Bu gün bütün meşə tiplərinin ekoloji vacibliyi vurğulanır, onların qorunmasına və artırılmasına diqqət yönəldilir. Hər il bu gün ölkələrdə ağacəkmə aksiyaları, regional və beynəlxalq fəaliyyətlər, təşviqat və təbliğat işləri ilə yadda qalır.
Builki Meşələr Gününün mövzusu "Meşələr və Biomüxtəliflik: İtirmək üçün çox qiymətli"dir. Yer kürəsinin ən qiymətli təbii sərvəti hesab olunan meşələr Planetin quru səthinin üçdəbirini tutur. Hazırda dünyada meşələrin ümumi sahəsi 38 milyon kvadratkilometrə yaxındır. Bunun 13 faizi xüsusi mühafizə olunan təbiət ərazilərinə aiddir.
Qeyd edək ki, respublikamızın meşə fоndu sahəsi 1213,7 min hektar olmaqla ümumi ərazinin 14 faizini təşkil edir. Meşə ilə örtülü sahələr isə 1021 min hektardır ki, bu da respublika ərazisinin 11,8 faizini əhatə edir. Ölkəmizin ümumi meşə ərazilərinin 49 faizi Böyük Qafqazın, 34 faizi Kiçik Qafqazın, 15 faizi Talış dağlarının, 2 faizi isə aran zonasının payına düşür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB