Sosial müəssisələrin və kvotadan əlavə iş yerlərinin yaradılması üzrə Standartlar
Nazirlər Kabineti "Məşğulluq haqqında" Qanuna əsasən hazırlanmış "Sosial müəssisələrin və kvotadan əlavə iş yerlərinin Standartları"nı təsdiq edib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Şöbəsindən SİA-ya verilən məlumata görə, həmin Qanuna əsasən, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğunun təmin olunması üçün işəgötürən və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən sosial müəssisələr, habelə kvotadan əlavə iş yerləri yaradıla bilər.
Standartlara görə, bu müəssisələr Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, həmçinin hüquqi və ya fiziki şəxs tərəfindən yaradıla bilər.
Sosial müəssisələr və kvotadan əlavə iş yerləri Əmək Məcəlləsində müəyyən edilmiş hüquq normaları əsasında əmək şəraiti ilə təmin olunmalı, əlilliyi olan şəxslər üçün nəzərdə tutulan kvotadan əlavə iş yerləri isə "Əlilliyi olan şəxslərin iş yerlərinin standartları"na uyğun yaradılmalıdır. Həmin şəxslər bu iş yerlərində "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Qanuna uyğun olaraq təsdiq edilmiş "Fərdi Reabilitasiya Proqramı" nəzərə alınaraq iş yerləri ilə təmin edilməlidir.
Eyni zamanda, Standartlara görə, sosial müəssisələrdə işçilərin orta illik sayının azı 80 faizini Nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli məşğulluq qurumları və ya "DOST" mərkəzlərinin göndərişi ilə işə qəbul olunmuş sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər təşkil etməlidir.
Onlara işə cəlb olunduqları sosial müəssisə və iş yerlərində məşğulluq imkanlarının artırılması üçün təlim, o cümlədən peşəyönümü və peşə hazırlığı istiqamətində məsləhət xidmətlərinin göstərilməsi, peşə-əmək reabilitasiyası ilə bağlı tədbirlərin həyata keçirilməsi və s. də Standartlarda yer alıb. Həmçinin qeyd edilir ki, kvotadan əlavə iş yerləri müəssisədə əvvəldən işləyən işçilərin işdən azad edilməsi yolu ilə yaradıla bilməz, müəssisədə mövcud olan daimi vakansiyalar isə əlavə iş yerləri hesab edilmir.
Qeyd edək ki, kvota dedikdə, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin işlə təmin edilməsi məqsədi ilə qanunvericiliklə işəgötürənlər üçün müəyyən edilmiş iş yerlərinin (işçilərin) minimum sayı nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 20:05Ölümcül yük altında yatmaq...
Sosial 19:51ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 18:49İnsanı inandırmağın yeddi yolu..?
Sosial 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 17:52Kobaxidze Ermənistana səfər edib
Dünya 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 17:02Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 16:34Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 16:20Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 14:50Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 14:35“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 14:03Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 13:55"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 13:46BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 13:20Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 12:51Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 12:44SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...
Sosial 11:51Bakıda kəlağayı ilə milli irs yürüşü keçirilib - REPORTAJ
Mədəniyyət 10:55Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%



