Vergilər Nazirliyi koronavirus pandemiyası ilə bağlı əhalinin maarifləndirilməsi və məlumatlandırılması istiqamətində sosial məsuliyyət tədbirlərini davam etdirir. Nazirlikdən SİA-ya verilən məlumata görə, koronavirusla mübarizənin səmərəliliyinin artırılması, əhalinin təlaşa düşməməsi və sadə gigiyena qaydalarına riayət etməsinin təşviqi məqsədilə, nazirliyin Media və kommunikasiya idarəsi doğru davranış qaydalarından bəhs edən daha 3 yeni sosial çarx hazırlayıb.
Bu sosial çarxlar "Yaşlıları koronavirusdan qoruyaq!", "Tibbi maskalardan nə zaman və necə istifadə etməliyik?" və "Koronavirusdan qorunmaq üçün əllərimizi necə yumalıyıq?" mövzularına həsr edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB