Əsgərlər ailə üzvlərinə bayram təbriklərini videoəlaqə vasitəsilə çatdırır FOTO-VİDEO

Əsgərlər ailə üzvlərinə bayram təbriklərini videoəlaqə vasitəsilə çatdırır FOTO-VİDEO

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələri nəzərə alınaraq hərbi hissələrdə əsgərlərin valideynlərlə görüşləri müvəqqəti dayandırılıb.

Müdafiə Nazirliyindən SİA-ya verilən məlumata görə, Müdafiə nazirinin müvafiq tapşırığına əsasən Novruz bayramı günlərində hərbi qulluqçuların öz ailə üzvlərinə təbriklərini çatdırmaları üçün hərbi hissə ilə əsgərlərin evləri arasında videobağlantılar təşkil olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə