Yurddaş Partiyasının koronovirusla bağlı toplantısı keçirilib

Yurddaş Partiyasının koronovirusla bağlı toplantısı keçirilib

Bu gün Yurddaş Partiyasının Siyasi Şurasının online (onlayn) toplantısı keçirilib. Qurumdan SİA-ya verilən məlumata görə, toplantıda koronovirusa qarşı mübarizə məsələləri müzakirə olunub. Qeyd olunub ki, bütün bəşəriyyəti öz caynağına alan bu təhlükəli xəstəlik bizim ölkəmizdən də yan keçməyib. Koronovirus insan sağlamlığına ciddi təhlükələr yaratmaqla yanaşı dünya iqtisadiyyatına da ciddi zərbələr vurmaqdadır. Qeyd olunub ki, ölkəmizdə dövlət səviyyəsində aparılan tədbirlər nəticəsində Azərbaycanda hələki pandemik şərait müşahidə olunmur. Bütün bu məsələlər şəxsən dövlət başçısının və birinci vitse-prezidentimizin nəzarəti altındadır. Ölkəmizdə koronovirusun geniş yayılmaması üçün dövlət səviyyəsində bütün mümkün qabaqlayıcı tədbirlər həyata keçirilir. Bu gün dövlətimiz əhalimizin sağlamlığı, genefondumuzun qorunmasını özünün bir nömrəli vəzifəsi elan etmişdir. Partiyanın Siyasi Şurası həmçinin xalqımıza müraciət edərək bildirmişdir ki, panikaya düşmək, gerçəkliyə söykənməyən qeyri-rəsmi məlumatlara inanmağa çağırır. Həmçinin partiya vətəndaşlarımızı əgər özlərində hər hansı bir nasazlıq hiss edərlərsə, mütləq həkimə müraciət eməyə, bütün mümkün gigenik, sanitar qaydalara əməl etməyə çağırır. Biz elə hesab edirik ki, bu gün Azərbaycan dövləti, Azərbaycan dövlət başçısı xalqımızın, vətəndaşlarımızın yanındadır. Biz hamımız bir olmalıyıq. İnanıram ki, görülən tədbirlərin nəticəsində biz bu virusa qalib gələcəyik və Azərbaycan xalqının sağlamlığını, Azərbaycan cəmiyyətinin rifahını təmin edəcəyik.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə