Bakının iki qəsəbəsinə su verilməyəcək. “Azərsu” ASC-dən SİA-ya verilən məlumata görə, Bakı-Sumqayıt avtomobil yolunun Xırdalan dairəsi ərazisində genişləndirilməsi layihəsi çərçivəsində ərazidən keçən su xətlərinin yenilənməsi ilə əlaqədar 19 mart 2020-ci il tarixində gün ərzində Binəqədi və Biləcəri qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB