Yaz fəslinin Azərbaycana daxil olacağı VAXT - RƏSMİ

Yaz fəslinin Azərbaycana daxil olacağı VAXT - RƏSMİ

Yaz fəslinin Azərbaycana daxil olacağı vaxt açıqlanıb. AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından SİA-ya verilən xəbərə görə, yaz fəsli Azərbaycana martın 20-si Bakı vaxtı ilə saat 07:49-da daxil olacaq.

Bildirilib ki, bu zaman gecə ilə gündüz bərabərləşəcək. Günəş ekliptika üzrə hərəkət edərək cənub yarımkürəsindən şimal yarımkürəsinə keçəcək və həmin andan şimal yarımkürəsində yaz fəsli başlanacaq.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə