Prezidentdən icra orqanlarına və sahibkarlara daha bir mesaj - TƏHLİL

Prezidentdən icra orqanlarına və sahibkarlara daha bir mesaj - TƏHLİL

Dövlət başçısı cinayət törədənlərin bundan sonra da cəzalandırılacağını bildirib

Ölkəmizdə insanların hüquq və azadlıqlarının qorunması dövlətin daim diqqət mərkəzində saxladığı prioritet məsələlərdəndir. Prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasətin də başlıca hədəfləri, məhz ölkəmizin zəngin dövlətə çevrilməsi, əhalinin daha yaxşı yaşamasına nail olmaqdan ibarətdir. Dövlət başçısının daim sosial proqramların geniş xarakter almasına baza yaradan sərəncamları hər il vətəndaşların yaşayış şəraitinin yaxşılaşmasında özünü göstərir.

Prezident İlham Əliyev çıxışlarında da vurğulayır ki, sosial siyasət dövlət siyasətinin ayrılmaz hissəsidir: "Sosial siyasət bizim siyasətimizin ayrılmaz hissəsidir. Mən dəfələrlə demişəm ki, biz bazar iqtisadiyyatı prinsiplərinə sadiqik və Azərbaycanın uğurları bunun əyani sübutudur. Ancaq bununla bərabər, biz güclü sosial siyasət aparılmadan inkişaf edə bilmərik. Çünki bizim bütün işimizin mərkəzində, təməlində Azərbaycan vətəndaşı dayanır və Azərbaycan vətəndaşının rahat, rifah içində yaşaması bizim başlıca borcumuzdur".

Bəli, məhz ölkə Prezidentinin son 16 il ərzindəki fəaliyyəti və əldə olunan nailiyyətlər, belə ki, iki milyona yaxın yeni iş yerlərinin açılması, əmək haqlarının 5 dəfə, pensiyaların 8 dəfə, eyni zamanda, sosial müavinətlərin artırılması dövlət siyasətimizin mərkəzində Azərbaycan vətəndaşının dayanmasından xəbər verir. Yalnız son üç ildə dövlət başçısı tərəfindən əmək və sosial müdafiə sistemi ilə bağlı onlarla Fərman və Sərəncam, "Əmək

pensiyalarının indeksləşdirilməsi haqqında" 6 fevral 2020-ci il tarixli Sərəncamı xalqın sosial rifahının yaxşılaşmasında dövlətin diqqət və qayğasının reallığıdır.

"Bu biabırçı kadrlar, biabırçı davranış bizim üçün böyük ləkədir"

Prezident İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevi qəbul edərkən növbəti dəfə də məmur özbaşınalığı ilə bağlı məsələyə toxunaraq, bildirib ki, çirkin əməllərindən əl çəkməyən məmurlar cəzalandırılacaq: "Mən bütün yerli icra orqanlarının nümayəndələrinə xəbərdarlıq etmişdim. İndi isə onların bir neçəsi məsuliyyətə cəlb edildi. Keçirilmiş xüsusi əməliyyatlar nəticəsində, onların cinayətləri tam sübuta yetirildi. Əlbəttə ki, indi istintaq gedir, məhkəmə prosesi olacaq, ancaq videogörüntülər hər şeyi açıq-aydın göstərir. Bu biabırçı kadrlar, biabırçı davranış bizim üçün böyük ləkədir. Mən bu adamlara etibar etmişəm. Mən bu adamları vəzifəyə təyin etmişəm və vəzifəyə təyin edilərkən bir çox tapşırıqlar, tövsiyələr vermişəm. Onların arasında ən vacibi o idi ki, get, təmiz işlə, rüşvət alma, vətəndaşlara kobudluq göstərmə, təkəbbürlü olma, vətəndaşlara dayaq ol, arxa ol, kəndləri gəz, bütün vətəndaşlarla ünsiyyətdə ol. Amma nəyi görürük?

Onu görürük ki, bütün bu tapşırıqlara rəğmən, bəzi yaramaz icra başçıları həm özlərini, həm bizim iqtidarımızı biabır ediblər. Neçəsi həbs olunmalıdır ki, bunlar öz çirkin əməllərindən əl çəksinlər. Bu proses davam etdiriləcək və hamı üçün də dərs olmalıdır. Ona görə bu biabırçı hallarla bağlı daha ciddi addımlar atılacaq”.

Dövlət başçısı sahibkar-işçi münasibətlərinə də toxunaraq Azərbaycanda heç kimin 8 saatdan çox işləməməsi ilə bağlı göstəriş verdiyini də xatırladıb: “Rəsmiyyətə düşməyən işçiləri işlədən sahibkarlara qarşı ciddi sanksiyalar, cərimələr tətbiq edilməlidir. Çünki insanları istismar edirlər. Onlar da çarəsiz qalıb, məcbur olub buna razılıq verirlər. Ona görə vətəndaşlarla nazirlik arasında çox fəal canlı bağlantı olmalıdır. Siz həm öz imkanlarınızdan istifadə edərək monitorinqlər aparmalısınız, eyni zamanda, "Qaynar xətlər", yaxud da digər əlaqə vasitələrilə vətəndaşlarla daim təmasda olmalısınız".

Dövlət başçısı dəfələrlə sahibkarlara bu cür xəbərdarlıqlar etməsinə baxmayaraq, yenə işçilərin istismar edilməsi halları səngimədiyini deyib: "Mən bütün yerli icra orqanlarının nümayəndələrinə xəbərdarlıq etmişdim. İndi isə, onların bir neçəsi məsuliyyətə cəlb edildi. Keçirilmiş xüsusi əməliyyatlar nəticəsində, onların cinayətləri tam sübuta yetirildi. Əlbəttə ki, indi istintaq gedir, məhkəmə prosesi olacaqdır, ancaq videogörüntülər hər şeyi açıq-aydın göstərir. Bu biabırçı kadrlar, biabırçı davranış bizim üçün böyük ləkədir. Mən bu adamlara etibar etmişəm. Mən bu adamları vəzifəyə təyin etmişəm və vəzifəyə təyin edilərkən bir çox tapşırıqlar, tövsiyələr vermişəm. Onların arasında ən vacibi o idi ki, get təmiz işlə, rüşvət alma, vətəndaşlara kobudluq göstərmə, təkəbbürlü olma, vətəndaşlara dayaq ol, arxa ol, kəndləri gəz, bütün vətəndaşlarla ünsiyyətdə ol. Amma nəyi görürük? Onu görürük ki, bütün bu tapşırıqlara rəğmən, bəzi yaramaz icra başçıları həm özlərini, həm bizim iqtidarımızı biabır ediblər. Onların alçaq hərəkətləri ümumi qınaq obyektinə çevrilib. Onların dövlət mülkiyyətini talaması, sahibkarları incitməsi, sahibkarlardan pul alması, hər bir təyinata görə pul alması, məktəb direktorlarından, xəstəxanalardan aylıq haqq alması allahsızlıqdır və onlar bu cinayətlərə görə cavab verəcəklər".

"Bu, nədir? Ağadır, bəydir, xandır?"

Ölkə başçısı bəzi icra başçılarının sahibkarların pullarının mənimsədiyini, yaratdıqları təsərrüfatlarında qul kimi işlətdiklərini bildirərək, belələrinin cinayət məsuliyyətinə cəlb edilməsi ilə yanaşı, xalqın böyük nifrətinə düçar olduğunu da bildirib: "Neftçala rayonundakı cinayətkarlıq hadisəsi barədə mənə məlumat verildi ki, icra başçısı ödənişli işlə təmin edilən 73 nəfəri öz təsərrüfatlarında qul kimi, nökər kimi işlədirdi. Bu, nədir? Ağadır, bəydir, xandır? İndi bütün ölkə ona nifrət edir, onun və onun kimilərin biabırçı hərəkətlərinə görə. Hamı bilsin ki, məsələ bununla bitməyəcək. Birinci hadisə oldu eşitmədilər, ikinci hadisə oldu eşitmədilər. Neçəsi həbs olunmalıdır ki, bunlar öz çirkin əməllərindən əl çəksinlər. Bu proses davam etdiriləcək və hamı üçün də dərs olmalıdır. Ona görə bu biabırçı hallarla bağlı daha ciddi addımlar atılacaq".

Beləliklə də, dövlət başçısı Əmək və Əhalinin Sosial Müdafiə naziri Sahil Babayev qəbul edərkən xalqa xidmət, təvazökarlıq, təkəbbürlü davranmamaq prinsiplərinin dövlət məmurlarının əsas həyat və fəaliyyət normasına çevrilməsinin zəruriliyini vurğulayıb. Prezident bu məsələdə heç kimə güzəştin olunmadığını və bundan hamının nəticə çıxarmalı olduğunu bildirib.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə