"Operativ Qərargahın tələb və tövsiyələrinə əməl etmək hər birimizin borcudur" - MÖVQE

"Operativ Qərargahın tələb və tövsiyələrinə əməl etmək hər birimizin borcudur" - MÖVQE

"Ümumdünya Səhiyyə Təşkilatının pandemiya elan etdiyi koronaviruz təhlükəsi ilə əlaqədar Azərbaycan dövləti və hökümətinin həyata keçirdiyi fundamental qabaqlayıcı tədbirlər onu deməyə əsas verir ki, vətəndaşlarımız ciddi təşviş içərisində olmamalıdırlar". Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının Qaradağ rayon təşkilatının sədri, millət vəkili Aydın Hüseynov deyib.

Millət vəkili bildirib ki, qabaqlayıcı tədbirlər görən ölkələrdə vəziyyətin nisbətən qənaətbəxş olduğu hamımıza məlumdur: "Bu səbəbdən də ictimaiyyətin də üzərinə mühüm vəzifələr düşür. Panikayaya yol verməmək, imkan daxilində evdə daha çox olmaq, kütləvi tədbirlərə, qonaqlıqlara, gəzintilərə getməmək, ÜST və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə əməl etmək hər birimizin borcudur".

Bütün xəbərlər Facebook səhifəmizdə