Niderlanddan Batumiyə gələn azərbaycanlı təxliyə edilib

Niderlanddan Batumiyə gələn azərbaycanlı təxliyə edilib

Azərbaycanın Batumidəki baş konsulluğu Niderland Krallığından Kutaisi şəhər hava limanına gələn Azərbaycan vətəndaşı Tahirə Vəliyevanın ölkəmizə təxliyəsini təmin edib. SİA xəbər verir ki, bu barədə baş konsulluqdan məlumat verilib.

Bildirilib ki, Niderland Krallığından qayıdan T.Vəliyeva Gürcüstan ərazisində koronavirusa görə karantinə alınmaması və Azərbaycana təxliyə edilməsi üçün Azərbaycanın Batumi şəhərindəki baş konsulluğuna müraciət edib. Baş konsulluq Kutaisi hava limanının rəhbərliyi ilə danışıqlar apararaq Tahirə Vəliyevanın xüsusi avtomobillə, Gürcüstan polis patrul maşınının müşayiəti ilə Azərbaycan-Gürcüstan sərhədindəki “Sınıq Körpü” sərhəd-keçid məntəqəsinə yola salıb.

Baş konsulluq, eyni zamanda, Azərbaycanın Gürcüstandakı səfirliyi, Türkiyənin və İranın Batumidəki baş konsulluq xidmətləri və "Sarp" sərhəd-keçid məntəqəsi rəhbərliyi ilə də sıx əlaqə saxlayır, Avropadan qayıdan azərbaycanlıların təxliyəsinə lazımi köməkliyi göstərir.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə