Koronavirus okeanlara da mənfi təsirini göstərir REUTERS

Koronavirus okeanlara da mənfi təsirini göstərir REUTERS

Koronavirus ətraf mühitə zərər verməklə yanaşı həm də okeanların daha çirklənməsinə səbəb olur. SİA-nın Reuters-ə istinadən verdiyi xəbərə görə, bunu Okeaniya ekoloqlarının kəşfləri təsdiqləyir.

Honq Konqun sahil sularını təmizləməklə məşğul olan eko fəalı Harri Stouks indiyədək okean sularında ənənəvi olaraq plastik şüşələr, plastik torbalar, rezin əlcəklərə rast gəlirdisə, son həftələrdə təmizlədiyi ərazilərdə yeni tullantılarla rastlaşdığını açıqlayıb: “Koronavirusun yayılmasına görə, okean sularında tullantılar arasında insanların istifadə etdiyi tibbi maskaların fərqinə varmışıq. Sanki dəniz sularına yibbi maskalar səpilib. Artıq hər yerdə onlara rast gəlinir. Kiçik bir ərazidən təxminən 70 ədəd tibbi maska topladıq. Bu, bizi çox narahat edir”.

Qeyd edək ki, Honq Konq Çinin bir hissəsi olaraq qlobal koronavirus epidemiyasının mərkəzindədir. Burada yoluxanların dəqiq sayı bilinməsə də, ən azı nəfərin virusdan öldüyü açıqlanıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə