Azərbaycan Respublikasının ərazisində koronavirus xəstəliyinin (COVID-19) yayılmasının qarşısının alınması, ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin davam etdirilməsi məqsədilə ölkə ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris prosesinin təxirə salındığını nəzərə alaraq Azərbaycan İlahiyyat İnstitutunda videodərslərə start verilir. SİA-nın verdiyi məlumata görə, institutda təhsil alan tələbələr dərs prosesindən kənar qalmaması üçün ali təhsil müəssisəsinin rəsmi “facebook” səhifəsində (https://www.facebook.com/ilahiyyatinstitutu/) yayımlanacaq dərsləri izləyə bilərlər. Dərslər bütün kursları əhatə edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB