Viruslara qarşı immunitet sistemini necə gücləndirmək olar? - ARAŞDIRMA

Viruslara qarşı immunitet sistemini necə gücləndirmək olar? - ARAŞDIRMA

Səlahiyyətlilər və mütəxəssislər koronavirusun (Covid-19) peyda olmasından sonra virusa qarşı daha yaxşı qorumaq üçün gigiyena qaydalarına riayət etmək barədə tez-tez xəbərdarlıq edirlər. SİA-nın araşdırmasına görə, gigiyena ilə yanaşı immunitet sistemini gücləndirmək üçün tədbirlər görmək xəstəliklərdən qorunmaqda çox vacibdir.

İmmunitet sistemini gücləndirmək üçün nə etmək lazımdır?

Düzgün qidalanma

İmmunitet sisteminin güclü olması uzun müddətdə nizamlı və düzgün qidalanmaya əsaslanır. Bədənin su balansını təmin edən kalsium immunitet sistemini gücləndirir. Süd və süd məhsulları, kalsium miqdarı sayəsində yalnız protein deyil, həm də çəki nəzarətini təmin edir. Süd, qatıq, kefir, ayran, pendir, yumurta, ət, toyuq və balıq kimi qidalar ən yaxşı protein mənbəyi kimi tanınır.

Nizamlı yuxu

Nizamlı yuxu immunitet sistemini güclü saxlamağın əsas yollarından biridir. Gündə 6 saatdan az yatan insanlar gündə 7 saatdan çox yatanlara nisbətdə soyuqdəyməyə məruz qalmaq ehtimalı 4.2 dəfə çoxdur. 5 saatdan az yatan insanlar daha çox risk altındadır.

Stress səviyyənizi azaldın

Koronavirus haqqındakı narahatlıqlar, məktəb tətili, səyahət məhdudiyyəti və bir çox digər amillərlə bağlı narahatlıqlar mütləq stresə səbəb olan amillərdir. Stress immunitet sistemini aşağı salan bir elementdir. Buna görə rəsmi mənbələrdən alınan məlumatları və xəbərdarlıqları nəzərə alaraq narahatlıq səviyyəsinə nəzarət etmək stresə qarşı mübarizənin vacib bir yoludur. Tədqiqatlar göstərir ki, stress səviyyəsi ilə immunitet sistemi arasında əlaqə var.

Vitamin D

Vitamin D immunitet sistemində mühüm rol oynayır. Virus və bakteriyanı öldürən antimikrob zülallar istehsal etmək üçün insan bədəninə D vitamini lazımdır. Əgər bədən kifayət qədər D vitamini istehsal edə bilmirsə, virus və bakteriyalara qarşı mübarizədə zəif olacaqdır. Günəş yaxşı bir D vitaminidir. D vitamini balıq, yumurta və süd məhsullarında olur. Xüsusilə qızılbalıq D vitamini mənbəyidir.

Sink

İmmun hüceyrələri mikroblarla mübarizə edərkən A vitamininə ehtiyac duyur. A vitamini süd, yağ, pendir və yumurta və qaraciyərdə çoxdur.
Sink, bədənin immunitet sistemini gücləndirən vacib minerallardan biridir. Ət və pendirlə yanaşı quru paxlalılar, dəniz məhsulları və qoz-fındıq da yaxşı sink mənbəyidir.

Çox alkoqol qəbul etməyin

Həddindən artıq spirt qəbulunun immunitet sistemini zəiflətdiyini göstərən bir çox araşdırma var. Mütəxəssislər çox spirtli içki qəbul edən insanların xəstəliklərə daha həssas olduqlarını vurğulayırlar. Alkoqol xüsusən də ağciyərlərə ziyan vurmaqla bədəni zəiflədir. Mütəxəssislər bildirirlər ki, həddindən artıq içki qəbulu immunitet sisteminə ziyan vurur.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə