Niderland İsveçdən sonra sərhədlərini açıq qoyan ikinci ölkədir AKTUAL
Niderlandın baş naziri Mark Ryütte millətə müraciətində bəyan edib ki, hazırkı şəraitdə ölkənin tam olaraq bağlanması məsələsi nə qədər cəlbedici görünsə də, həftələrin, ayların işi deyil, bir il, hətta daha çox uzana bilər və buradan bəzi nəticələr də çıxarmaq lazımdır. SİA xəbər verir ki, bu İsveçdən sonra öz sərhədlərini açıq qoyan ikinci ölkədir.
Ryütte bəyan edib ki, onun hökuməti virusa yoluxma hallarını maksimal qaydada nəzarət etmək qərarına gəlib. Çünki ona qarşı immunitetin yaradılması məsələsi aylarla, ya da daha çox sürə bilər. Lakin onun fikrincə, ən əsası hökumət əmin olmaq istəyir ki, xəstələrə yardım etmək üçün xəstəxanalarda lazımi avadanlıqlar, dərmanlar nə qədər yetərlidir. O, həmçinin hökumətin vəziyyəti nəzarət edəcəyini bu prosesi saxlamaq, eləcə də əhalinin yoluxma riskini azaltmaq üçün daha hansı qərarlar qəbul etməli olacağını anlamaq üçün bu addıma gedildiyini bildirib.
Niderlandda millətə səsləniş uzaq 1973-cü ildə olmuşdu
Qeyd edək ki, Niderlandda millətə səsləniş ənənəsi heç də mütəmadi hal almayıb. Sonuncu dəfə baş nazir tərəfindən edilən bu cür masştablı müraciət 1973-cü ildə - neft böhranı ilə bağlı olub. Həmin vaxt Yaxın Şərqdə ərəb ölkələri ilə İsrail arasında gedən müharibə şəraitində neft ölkələri İsrailə dəstək verən digər ölkələri neft təchizindən imtina etmişdirlər. Bu sırada Böyük Britaniya, Kanada, ABŞ, Yaponiya və Niderland olub. Məhz həmin dönəmdə neftin qiyməti bir barrelə görə 3 dollardan 12 dollara qədər yüksəlmişdi. Həmin neft böhranı dünyanın ilk nəhəng böhranı oldu və iqtisadiyyata da ciddi zərbələr vurdu. Bu gün dünya koronavirusla bağlı analoji halı yaşayır ki, hətta bunu (COVİD-19-la mübarizəni-R.R.) müharibə ilə eyniləşdirmək olar.
Virusa gəldikdə isə, Nideralndda müsbət testindən 1 413 nəfər keçib. Ölkənin milli səhiyyə agentliyi isə təsdiq edir ki, bu rəqəm daha çoxdur. Bu ölkədə koronavirusdan hələ ki, 24 nəfər ölüb.
Almaniyanın yolu ilə getmək təklifi olsa da...
Hökumət elan edib ki, uşaq bağçaları, məktəblər bağlanacaq. Analoji qərar barlara, restoranlara, idman klublarına, hətta ictimai evlərə (intim xidmət müəssisələri -R.R.) də aiddir. Burada isə demək olar ki, Niderland Almaniyanın yolu ilə gedəcəyini sərgiləyib – orada da ictimai evlər bağlanmalara məruz qalıblar.
Hələlik isə, yel dəyirmanları, kanallar və zanbaqlar ölkəsinin bundan sonra daha hansı yolla gedəcəyi dəqiq məlum deyil. Çünki sadəcə həmin qərarların verilməsi ilə bağlı sadəcə müzakirələr aparılır, təkliflər irəli sürülür, amma qərarlar qəbul olunmur. Lakin indidən bəllidir ki, bu ölkədə də İsveçdəki kimi, panikalarla rastlaşmaq çətindir.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB