"Bakıya giriş çıxışın məhdudlaşdırılması virusu lokallaşdıracaq" MÜTƏXƏSSİS RƏYİ-ÖZƏL
“Azərbaycanda həyata keçirilən izolyasiya tədbirləri koronavirusun yayılmasının qarşısının alınmasına xidmət edir. Bu günə qədər koronavirusa yoluxan xəstələrin demək olar ki hamısı xarici ölkədən gələnlərdir. Bu xəstəliyin ölkə daxilində yayılmasının qarşısının alınması istiqamətində tətbiq edilən tədbirlər çox mühüm əhəmiyyətə malikdir”. Bu fikirləri SİA-ya açıqlamasında Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev bildirib.
O deyib ki, məktəblərin, əyləncə mərkəzlərinin bağlanması, eləcə də restoranların fəaliyyətinin, eləcə də toy məclislərinin, müxtəlif tədbirlərin təxirə salınması insanların təmas ehtimalının azalması və xəstəliyin yayılmasının azalmasına səbəb olur: “Ümumdünya Səhiyyə Təşkilatının da tövsiyyələrində də qeyd olunur ki, insanlar arasında məsafə 1 metrdən çox olarsa yolxuma ehtiamlı azalır, 1 metr az olduqda isə bu ehtimal daha da çoxalır. Bunları nəzərə alaraq, izolyasiya tədbirlərinin keçirilməsi çox mühüm qəraradır. Azərbaycan dövləti insanların qorunması yöndə çox vacib addım atıb”.
C. İsayev söyləyib ki, Bakı, Abşeron və Sumqayıt istiqamətində giriş və çıxışın məhdudlaşdırılması istiqamətində atılan addımlar virusun lokallaşdırılmasında çox böyük əhəmiyyətli rol oynayacaq: “Çünki Bakıda nə qədər insan az olsa, sıxlıq olmasa bir o qədər yaxşıdır. Xaricdən gələn insanlarla xüsusilə sərhəd rayonlarında yaşayan şəxslərin təmas etmə ehtimalı çox yüksəkdir. Belə olan halda, həmin şəxslərin Bakıya daxil olması paytaxtda infeksiyanın yayılma ehtimalını artırırdı. Atılan addımdan sonra artıq bu ehtimal həm aşağı düşəcək, həm də Bakıda sıxlıq azalacaq”.
Baş infeksionist martın 29-dək verilən qərarın müddətinin uzadılmasını məsləhət görüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB