"Tibbi maska koronavirusa yoluxmanın qarşısını almır" Türkiyəli professor izah edir
“İnsanların tibbi maska taxmasının əsas səbəbləri onun virusdan qoruduğuna inanmalarıdır. Lakin virusun hava ilə ötürülməsi mümkün deyil”. SİA-nın xəbərinə görə, bunu türkiyəli yolxucu xəstəliklər və klinik mikrobiologiya üzrə professor Mesut Yılmaz bildirib.
Mütəxəssisin fikrincə, virusa əsasən əllər vasitəsilə yoluxmaq mümkündür: “Əgər bir gün hansısa infeksiyaya yoluxaramsa, bu mütləq əllər vasitəsilə olacaq. Çünki xəstə olan şəxslə əl ilə görüşdükdən və ya onun toxunduğu yerlərlə təmasda olduqdan sonra virus ilk növbədə əldə olur. Daha sonra əlləri üzə, gözə, ağıza vurmaqla infeksiyaya yoluxmaq olur”.
Onun sözlərinə görə, əgər ətrafda hamı tibbi maska taxır və siz taxmırsınızsa, virusdan yetərincə qorunmadığınız kimi görünə bilərsiniz: “Amma əslində, xəstə olan şəxs üzünüzə qarşı öskürüb, asqırmırmasa belə maska sizi xəstəlikdən qorumayacaq. Çünki virus əl və üz təması ilə keçir. Əksinə tibbi maska əllə üzün təmasının daha da artmasına səbəb olur ki, bu da tibbi maskanın daha zərərli ola bilmə ehtimalını artırır”.
M. Yılmaz qeyd edib ki, virus orqanizmə əzalar vasitəsilə daxil olduğundan əllərin tez-tez yuyulması və antisepotik vasitələrdən istifadə edilməsi çox vacibdir: “İctimai nəqliyyatda, iş yerlərində, insanların kütləvi olduğu yerlərdə əl təması etdikdən sonra əl gigiyenasına mütləq diqqət etməlisiniz. Bu virusdan qorunmağın ən yaxşı yoludur. Evdə çoxlu sayda tibbi maska saxlamaq həkimlərin, eləcə də tibbi maskaya ehtiyacı olan digər xəstələrin tibbi maska əldə etməsinə mane olur. Yalnız ehtiyacı olanlar tibbi maskadan istifadə etməlidirlər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB