Təşvişi necə azalda bilərik? AÇIQLAMA-ÖZƏL

Təşvişi necə azalda bilərik? AÇIQLAMA-ÖZƏL

“Dövlət tərəfindən koronavirusun yayılmasının qarşısının alınması istiqamətində atılan addımlar, görülən tədbirlər olduqca normaldır. Qarşımızda İtalyan və Çin nümunəsi var. Çin nümunəsi göstərdi ki, fəlakətin ən başında tədbir görən ölkələrdə vəziyyət daha yaxşıdır. Lakin İtaliyada hökumət qərar verməkdə gecikdiyi üçün burada vəziyyət daha ağırdır. Hər iki təcrübə digərləri üçün də müəyyən bir təcrübəyə çevrildi”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə bildirib.

Ölkələr arasında sərhədlərin bağlanmasının ticarət dövriyyəsinə təsirnə toxunan politoloq söyləyib ki, qonşu ölkələr arasında ticarət müəyyən dərəcədə dayandırılıb: “Misal üçün Azərbaycana indidə müxtəlif ölkələrdən məhsullar gətirilir. Əsas məsələ gətirilən məhsulların müvafiq karantin tədbirlərinə məruz qalmasıdır ki, bunun üçün gömrüklər karantin rejimində işləyirlər. Əgər əvvəl ölkəyə gətirilən mal yoxlanışdan keçdikdən sonra dərhal ölkəyə daxil olurdusa, hazırda həmin məhsullar karantində saxlanılır və yalnız müddət başa çatdıqdan sonra və heç bir təhlükə olmadığı halda ölkəyə buraxılır. Sadəcə proseslərin biraz ləngidyini deyə bilərik”.

İ.Vəlizadənin fikrincə, hazırda əsas əsas problem kütləvi təşvişdir: “İnsanlar çaxnaşma içərisindədirlər və əlavə qidalar alırlar. Çaxnaşma və həyəcan vəziyyəti psixoloji cəhət çətinləşdirir ki, bununla mübarizə aparmaq çox çətindir. Dövlət tərəfindən bu istiqamətdə bütün lazımi addımlar fonunda psixoloji təsir də artır. Bu təsiri aradan qaldırmaq üçün dövlət qurumları cəmiyyətlə işləməlidir. Məsul şəxslər çatışmazlığın olub olmaması ilə bağlı suallara cavab verməlidirlər. Bu məsələdə gömrük, tənzimləmə orqanları və digərəri öz sözlərini dəqiq söyləməlidir”.

Politoloq əlavə edib ki, hazırda qonşu ölkələrlə sərhədlərin bağlanmasına baxmayaraq, heç bir qıtlıq yoxdur: “Sadəcə aidiyyəti qurumların nümayəndələri media vasitəsi ilə vəziyyəti açıq şəkildə izah etməli və hamını buna əmin etməlidirlər. Yaranan vəziyyət siyasi münasibətlərə heç bir şəkildə təsir etməyəcək, çünki bütün ölkələr bu məhdudlaşdırıcı tədbirlərin nədən qaynaqlandığını başa düşür”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə