Ermənilər can, Paşinyan da "piy" hayında - TƏHLİL

Ermənilər can, Paşinyan da "piy" hayında - TƏHLİL

Bu gün dünyanı ağuşuna alan koronavirus işğalçı ölkənin baş naziri Nikol Paşinyanın ürəyindəkiləri yarımçıq qoyur. Və bu virusun baş alıb getməsi, həmçinin, Ermənistanda ərzaq çatışmazlığına səbəb olsa da, Paşinanı bir məsələ, oturduğu kreslosuna "əlvida" deməmək üçün, nəyin bahasına olursa-olsun "referendium keçirilməlidir".

Bu barədə "Sputnik Armeniya"nın məlumatına görə, ölkədə spirt gelinin çatışmazlığına səbəb vətəndaşların ehtiyat üçün almasıdır. Ermənistanın İqtisadi Rəqabətin Müdafiəsi üzrə Dövlət Komissiyasının sədri Qeqam Gevorkyan isə, martın 13-də jurnalistlərə bildirib ki, zərərləşdirici vasitə və maskaların qıtlığı var. Onun sözlərinə görə, vətəndaşlar istifadə etdiklərindən daha artıq sayda maska alırlar: "Bu isə qıtlıq yaradır. Məktəb və ali təhsil ocaqlarında dərslərin başlayacağı dövr üçün ehtiyat məqsədilə alırlar. Spirt yerli istehsalat olduğundan, onun qiyməti bahalaşmayıb. Ancaq maskaların qiyməti bahalaşıb".

Karen Bekaryan: "Qarabağ münaqişəsinin həll prosesi baxımından, açıq bir xaotik vəziyyətə sahibik və bu xaotik vəziyyətdə it yiyəsini tanımır"

Erməni siyasi təhlilçi Karen Bekaryan bildirib ki, bütün bunlar ölkənin baş naziri Nikol Paşinyanın siyasi savadsızlığı ilə bərabər, həm də xalqa qarşı biganəliyidir: "Məhz bütün bunlar Paşinyanın və xarici işlər nazirimizin sükutu, laqeydliyi halında baş verir. Profilaktik iş yoxdur, vəziyyətə nəzarət etmirlər, hər şeyə barmaqlarının arası ilə baxırlar".

Yaranmış vəziyyət onu göstərir ki, aprelin 5-də keçiriləcək qondarma DQR-də Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın işğal altındakı bölgəsində qanunsuz prezident seçkisi keçirmək istəyi ürəyində qalacaq. Çünki həm ölkəni, həm də erməni mətbuatının məlumatına görə, Paşinyan və həyat yoldaşı virusdaşıyıcısı ola bilər.

Lakin Nikol Paşinyan bunu anlamır və anlamadığı üçün də xarici siyasi arenalarda uğradığı diplomatik məğlubiyyətləri və ölkədaxili nüfuzunun sürətlə aşağı düşməsi faktı, nəticədə, xalqın iradəsi əleyhinə referendumun keçirilməsi qərarı onun küçədən birbaşa yiyələndiyi hakimiyyət kreslosuna əlvida deyilməsini tezləşdirəcək. Necə deyərlər"qaş düzəltdiyi yerdə, vurub göz çıxaracaq". Paşinyan üçün virus əsas məsələ hesab olunmur, onu vəzifə kürsüsü maraqlandırır. Belə olan halda...

Paşinyan referendum vasitəsi ilə nəyə, kimlərə və ya hansı "strategiyasına" ümid edir?

Göründüyü kimi, işğalçılıq siyasətindən əl çəkməyən Paşinyan, məhz referendum keçirməklə, hakimiyyətinin ömrünü uzatmağa cəhd edərək, qarşılaşdığı məğlubiyyətlərini ört-basdır etməyə çalışır. Əbəs deyil ki, məlum Münhen məğlubiyyətinin ardınca, Ermənistanın bir sıra ictimai-siyasi xadimləri, politoloqları, hətta sadə vətəndaşları tərəfindən məsxərəyə qoyulan erməni baş nazir xilas yolunu, məhz aprelin 5-də keçiriləcək referendumda axtarır. Bu yerdə sual yaranır: Paşinyan referendum vasitəsi ilə nəyə, kimlərə və ya hansı "strategiyasına" ümid edir? Əslində, erməni baş nazirin çıxış yolu, ümumiyyətlə, qalmayıb. Çünki onun referendum keçirmək haqqında parlamentdə qəbul etdirdiyi (!) qərar xalq tərəfindən, habelə, aktiv fəaliyyət göstərən çoxsaylı siyasi-ictimai təşkilatlar tərəfindən qəbul olunmur, əksinə, rədd edilir. Məsələn, Ermənistanın tanınmış ictimai-siyasi klubu hesab edilən "Vernantun" bu günlərdə bəyanat yayıb və həmin bəyanatında ölkə konstitusiyasında ediləcək dəyişikliklərlə bağlı keçirilməsi nəzərdə tutulan referenduma qarşı çıxış edib. Kifayət qədər sərt və kəskin ifadələrlə müşayiət olunan bəyanatda bildirilir ki, aprelin 5-də təşkil olunan referendum anti-konstitusion, qanunsuz və xalq əleyhinədir: "Referenduma konstitusiyanın artıq qüvvəsini itirmiş 213-cü maddəsində dəyişiklik məsələsi qaldırılıb. Bu, hüquqi mənada, nonsensdir. Referendumun keçirilməsi qərarı həm tərkibinə görə, həm də formasına görə həssasdır. Hakimiyyət parlament çoxluğunu bu kimi anti-konstitusion prosesə cəlb edib və indi də Ermənistan vətəndaşlarını da həmin prosesə cəlb etməyə məcbur edir".

Politoloq Tofiq Abbasov bildirib ki, Ermənistanda narahatedici təlatümlər yaşanır: "Siyasilər Qarabağ avantürasının tələsindən çıxa bilmirlər. Planlaşdırılırdı ki, fevral ayında Qarabağdakı qondarma rejim "seçki" şousu təşkil etsin və separatçılar özlərinə yeni "lider" seçsinlər. Ancaq vəziyyət tamam dəyişib və düşmən tərəf qəti şəkildə dərk etməlidir ki, işğal olunmuş Azərbaycan torpaqları hər metrinə qədər ermənilərdən geri alınacaq. Bunun alternativi yoxdur. İstənilən zaman antiterror əməliyyatına başlaya bilərik və buna qadirik".

Bu gün koronavirusa adi baxan Paşinyan bilməlidir ki, koronavirusdan da güclü Azərbaycan Ordusu var. Çünki ermənilər yaxşı bilirlir ki, Azərbaycan Ordusu ən yaxın zamanlarda onların ağalıq elədikləri torpaqları milli və dövlətçilik mənsubiyyətinə qaytaracaqdır. Belə olan halda, qondarma "Dağlıq Qarabağ"da seçkilərdə nələr ola bilər" sualının nəticəsini də yaxşı anlayırlar ki, Azərbaycan Ordusu Paşinyana koronavirusdan da pis hadisəni, yəni ikinci aprel hadisəni yaşada bilər. Paşinyan bilməlidir ki, Azərbaycan yaxın bir neçə il ərzində, artıq digər yollarla öz ərazi bütövlüyünü bərpa edəcək və Paşinyanın, arzusunda olduğu işğal olunmuş ərazilərimizdə qondarma "Dağlıq Qarabağ"da qondarma seçkilər keçirmək arzusu ürəyində qalacaq.

Çünki bu gün erməni xalqı öz canının hayındadır, Paşinyan isə "piy" axtarışında. Xüsusilə də, Paşinyanın erməni əsgərlərin intiharını bazara bənzətməsi əsgər analarının etirazlarına səbəb olub.

Armen Xazaryan: "Paşinyan, rədd olun Qarabağdan!"

Erməni bloger Armen Xazaryan öz video-açıqlamasında Paşinyanın Münhen görüşündə səsləndirdiyi fikirlərə münasibət bildirərkən, "Paşinyan, rədd olun Qarabağdan!" deyib.

"Bəs siz Qarabağın azərbaycanlı əhalisinin fikirlərini soruşdunuzmu? İlk dəfə azərbaycanlılara atəş açan və onları qovan da sizsiniz. O zaman onların fikirlərini soruşdunuzmu?" - bloger deyib.

Göründüyü kimi, bütün bu faktlar onu göstərir ki, erməni xalqı ikiüzlü, savadsız və faşisit xislətli Paşinyanı görmək istəmir.

Azərbaycan lideri qurumun nüfuzunun aşağı düşməsinin əsas səbəbinin orada hökm sürən riyakarlığın, ikili standartların və ədalətsizliyin olduğunu açıq şəkildə bəyan edib.

Məhz bu hal da, kifayət qədər qənaətə gəlməyə zəmin yaradır ki, referendum oyunu erməni baş nazirin növbəti siyasi fırıldağı olaraq qalacaq və xalqın həmin refrerenduma gedəcəyi, artıq diktator adlandırılmağa başlanılan Paşinyanın hakimiyyətinin uzadılmasına "hə" deyəcəyi arzusu isə, Nikolun ürəyində qalacaq.

A.SƏMƏDOVA

Bütün xəbərlər Facebook səhifəmizdə