Torpaq Məcəlləsinə dəyişiklik edilir

Torpaq Məcəlləsinə dəyişiklik edilir

Azərbaycanda geoloji parkların torpaqlarının xüsusi tarixi dəyərə malik olan torpaq sahələri hesab olunması təklif edilir. SİA xəbər verir ki, bununla bağlı Torpaq Məcəlləsinə dəyişiklik edilir.

Məcəllənin 26-cı maddəsinə (Təbii qoruq təyinatlı torpaqlar) yeni 7-ci bənd əlavə olunur.

Yeni bəndə əsasən, geoloji parkların torpaqları xüsusi geoloji, coğrafi, tarixi, estetik dəyərə malik olan torpaq sahələri hesab ediləcək.

Qanuna dəyişiklik layihəsi Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında müzakirəyə çıxarılacaq.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə