Bu informasiyaların KİV-də yerləşdirilməsi qadağan edilir

Bu informasiyaların KİV-də yerləşdirilməsi qadağan edilir

Bu gün Milli Məclisin plenar iclasında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarılıb. SİA-nın xəbərinə görə, təklif edilən dəyişikliyə əsasən, internet informasiya ehtiyatının və onun domen adının sahibi həmin informasiya ehtiyatında insanların həyat və sağlamlığına ziyan vurulmasına, əhəmiyyətli əmlak ziyanının törədilməsinə, ictimai təhlükəsizliyin kütləvi surətdə pozulmasına, həyat təminatı obyektlərinin, maliyyə, nəqliyyat, rabitə, sənaye, energetika və sosial infrastruktur obyektlərinin fəaliyyətinin pozulmasına və başqa ictimai təhlükəli nəticələrin baş verməsinə təhdid yaradan yalan məlumatlar yerləşdirilməsinə yol verməməlidir.

Qanuna dəyişiklik müzakirələrdən sonra səsə çıxarılaraq qəbul edilib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə