"Klassik efir məkanı ilə bağlı geniş qanunvericilik bazasına ehtiyac var"
“Bu gün Azərbaycanın informasiya təhlükəsizliyini təhdid edən əsas mənbə sosial şəbəkələrdir. Bununla bağlı tez-tez qanunvericiliyə dəyişiliklik edirik. Ancaq bizim klassik informasiya məkanımız, radio və televiziya efirimiz var. Düşünürəm ki, növbəti mərhələdə biz bu istiqamətdə də qanunvericilik bazasını təkmilləşdirməliyik”. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin deputatı Hikmət Babaoğlu parlamentin bu gün keçirilən plenar iclasında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna dəyişikliyin müzakirəsi zaman deyib.
O bildirib ki, informasiya təhlüksəziliyi Azərbaycanın milli təhlükəsizliyinin komponentlərindən biridir: “Biz Bakıdan uzaqlaşan zaman başqa ölkələrin radio dalğlarına qulaq asmalı oluruq. Düşünürəm ki, biz həm virtual məkanda həm də klassik efir məkanında bütün münasibətləri tənzimləyəcək və bu təhlükələri aradan qaldıracaq geniş qanunvericilik bazasına ehtiyac var. Ümid edirəm ki, növbəti mərhələdə biz bunun öhdəsindən gələcəyik”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB