"Vətəndaşlarımız bu ciddi təhlükənin fərqində olmalıdırlar" Qənirə Paşayeva
“Baş verənlərə bağlı təşvişə əsas yoxdur. Sadəcə vətəndaşlarımız dünyada olan bu ciddi təhlükənin fərqində olmalıdırlar”. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva parlamentin bu gün keçirilən plenar iclasında çıxış edərkən deyib.
O bildirib ki, İtaliyada insanların vəziyyəti ciddi qəbul etməməsi nəticəsində virus çox geniş yayıldı: “Ona görə maarifləndirmə işlərini çox ciddi şəkildə aparmalıyıq. Nazirlər Kabinetinin və Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarları var. Azərbaycan təkcə Bakıdan ibarət deyil. Bu qərarlara regionlarda da ciddi riayət olunmalıdır. Dövlətin gördüyü tədbirlərlə yanaşı, vətəndaşları bu tədbirlərin həyata keçirilməsində fəal olan ölkələrdə koronavirusun aradan qaldırılması üçün addımlar daha effektiv olur”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB