"Xidmətlərin elektronlaşdırılması çox müsbət haldır" ÖZƏL-MÜNASİBƏT

"Xidmətlərin elektronlaşdırılması çox müsbət haldır" ÖZƏL-MÜNASİBƏT

"Azərbaycan Prezidenti cənab İlham Əliyev artıq Azərbaycanın social xidmətlər sahəsində brendlərini yaratmaqdadır". Bunu SİA-ya açıqlamasında Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov deyib.

"Artıq bildiyiniz kimi Azərbaycanda “ASAN” Xidmət mərkəzləri fəaliyyət göstərir. Bu yalnız ona hesablanıb ki, Azərbaycan vətəndaşlarına dövlət qurumları nümunəvi xidmət göstərsinlər. Dövlət qurumlarının xidmətləri vətəndaşlarımız üçün əl çatan, şəffaf olsun. Heç bir maneə, problemlə rastlaşmadan, vaxt itkisini minumuma endirməklə “ASAN” Xidmət mərkəzlərində bizim vətəndaşlarımıza, insanlarımıza ən yüksək, müasir səviyyədə xidmətlər göstərilsin. Artıq Azərbaycanda “ASAN” Xidmət mərkəzləri həm insanlar, həm də cəmiyyət tərəfindən çox müsbət qarşılanır. Bu onu göstərir ki, həmin təcrübə çox doğru bir təcrübədir. Bunun nəticəsidir ki, artıq “ASAN” Xidmət Azərbaycanın milli brendi olaraq nəinki ölkəmizdə, eyni zamanda dünyada tanınmağa başlayıb. “ASAN” Xidmət modelini artıq tətbiq edən ölkələr var. Bu Azərbaycan dövlətinin qüdrəti deməkdir. Ölkə başçımız çox doğru olaraq qeyd edir ki, artıq “ASAN” Xidmət Azərbaycanın milli brendi olaraq dünyada öyrənilir, tətbiq edilir. “ASAN” Xidmət brendindən əlavə olaraq ölkəmizdə digər brendlər də formalaşmaqdadır. Bunlar “DOST” və digər bu kimi sosial xidmət mərkəzləridir. Azərbaycan Prezidenti haqlı olaraq dedi ki, “necə ki, bu gün “ASAN xidmət” mərkəzləri bizim intellektual brendimizdir və artıq digər ölkələr bu təcrübədən yararlanırlar, hesab edirəm ki, vaxt gələcək digər ölkələr də DOST mərkəzlərində göstərilən xidmətləri əsas götürərək belə sistemin yaradılmasına nail olacaqlar”. Hesab edirəm ki, Azərbaycanda xidmətlərin elektronlaşdırılması çox müsbət haldır",- deyə, İ.Orucov fikrini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə