İsveç Krallığı koronavirusdan daha təhlükəli “virusu” aşkarlayıb İLGİNC
Ölkənin baş naziri Stefan Lyöven bəyan edib ki, sadəcə sərhədi keçərək ölkəyə daxil olanlarla bağlı cüzi prosedur qaydaları tətbiq olunacaq
İsveç Krallığı – həmin azsaylı ölkələrdəndir ki, bu günə qədər sərhədlərini bağlamayıb, burada təhsil müəssisələri, eləcə də kafelər, restoranlar, trenajor zalları işləməyə davam edir. Hökumət təhlükəli koronavirusun qarşısının alınması üçün heç bir fövqəladə ölçülər tətbiq etmir. SİA xəbər verir ki, ölkənin baş naziri Stefan Lyöven bəyan edib ki, sadəcə sərhədi keçərək ölkəyə daxil olanlarla bağlı cüzi prosedur qaydaları tətbiq olunacaq.
Ölkə alimləri digər ölkələrdəki həmkarlarından fərqli olaraq iddia edirlər ki, koronavirus... təhlükəsizdir!
İsveçin səhiyyə işləri idarəsi isə bir neçə gün əvvəl yalnız ağır dərəcədə xəstə olan insanların – xəstəxana pasientlərinin, tibb personalının və yaşlı şəxslərin koronavirusla bağlı bağlı testdən keçməsini tövsiyə edib. Nə qədər qəribə görünsə də, ölkə alimləri isə digər ölkələrdəki həmkarlarından fərqli olaraq iddia edirlər ki, koronavirus... təhlükəsizdir! Belə ki, yoluxanlar arasında ölüm halı cəmi 2 faizdir.
Məlumata görə, İsveçdə xəstələnənlərin sayı 1000- nəfər həddini keçib. 3 nəfər ölüb, bir nəfər sağalıb, üçü isə ağır vəziyyətdədir. Son zamanlar bundan artıq yoluxma halları qeydə alınmayıb. İndi isə, bu ölkədə biznes əvvəlki rejimdə fəaliyyət göstərir, sanki heç nə baş verməyib.
İsveçdə yaşayan polşalı idmançı: “Koronavirusa yoluxmuş bir həkim bütün həftə boyu iş yeri olan xəstəxanasında cərrahiyyə əməliyyatları aparmağa davam edir”
Polşanın aparıcı triatlon idmançısı Yohanna Soltışyak öz sosial şəbəkə postunda idmançıları İsveçin idman bazalarına dəvət edir. O yazır ki, İsveçdə bütün ictimai yerlər açıqdır, evdən işləri aparmaq tapşırığı mövcud deyil, müəssisələr bağlanmır, sadəcə tövsiyələr dərc edilib ki, kim özünü xəstəhal hiss edirsə, sadəcə evində otursun. İnsanlar ictimai yerlərdə öz aralarında məsafə saxlanmamalıdırlar. Bundan əlavə, məlum olub ki, koronavirusa yoluxmuş bir həkim bütün həftə boyu iş yeri olan xəstəxanasında cərrahiyyə əməliyyatları aparmağa davam edir.
İdmançı yazır: “Müxtəlif situasiyada hərəkət etmək təlimatlarına malik olan ölkə mövcud vəziyyətdə sakinlərin özlərinin qərar verməsi üçün şərait yaradıb”.
Bəzi səhiyyə işçiləri deyirlər ki, təhlükəli virusdan daha qorxulusu – “qorxu virusudur”. Bu “virus” məcbur edir ki, insanlar vəziyyəti gərginləşdirən hərəkətlərə yol vermələrinə sövq edir. Buna baxmayaraq, ölkə rəhbərliyinin təlimatlarına sağlam düşüncə ilə yanaşma etmək tövsiyə edilir.
Beləliklə, İsveç hakimiyyətinin bu kimi məsələdə nə qədər haqlı olduqlarını da zaman göstərəcək. Çünki ortada milyonlarla insanların həyatı və sağlamlığı dayanıb.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB