Korona virusuna görə Gəncə Beynalxalq Hava Limanından uçan Gəncə-İstanbul reysi təxirə salınıb.
Bu barədə SİA-nın bölgə müxbirinə Gəncə Hava Limanından bildirilib.
"İstanbula uçan avia reysin təxirə salınması ilə bağlı 3 gün qabaq məlumat vermişik. İstanbula uçmaq üçün bilet alan sərnişinlər bilet aldıqları kassaya müraciət edib yüz faiz ödənişlə geri qaytara bilərlər" - deyə aeroport rəsmisi bildirib.
Məlumat üçün onu da bildirək ki, Gəncə Beynalxlaq Hava Limanında xüsusi briqadalar yaradılıb. Bu briqadalar təyyarələrdə dezinfeksiya işləri aparırlar.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB