Epidemiya tarixini araşdırarkən ilk epidemiya mənbəyindən biri kimi eramızdan əvvəl Hindistanda Qanq çayında çirklilik əmsalının həddən artıq yüksəkliyi və əhalinin kütləviliyi, sanitar –təmizlik qayda və normalarına əməl olunmaması göstərilirdi. Resurs Analitik İnformasiya Mərkəzinin təqdim etdiyi tarixi və müasir statistikada açıqlanan maraqlı faktlardan biri də XV əsrdə Amerikanı ələ keçirmək üçün ingilis kəşfiyyatının yerli aborigen amerikalıları epidemiyaya yoluxdurmaları və bu qəbilələrin 90%-nin epidemiya qurbanına çevrildiyi göstərilmişdi. Pandemiyanın martın əvvəlinə olan məlumatları ilə yayılma coğrafiyasına diqqəti yönəldərək Azərbaycanın yerləşdiyi ərazidəki vəziyyət qiymətləndirilmişdi. Azərbaycanın zəngin təbiəti, iqlim qurşaqları və bu təbiətin bəxş eydiyi təbii immunitetin mövcudluğundan danışılmışdı. Və insanın düşməni olan, adamı daxildən yeyib parçalayıb öldürən bu virus epidemiyasından qorxmaq üçün əsasın olmadığını, lakin bütün dünyanı əhatə edən ətrafımızı pandemiya sarmış və “şeytancıqlar” dan qorunmaq üçün ciddi əsasların olduğu qeyd edilmişdir.

Bəs necə qorunmalı?
Hansı tədbirlər görülməli?
Kim hansı vəzifəni icra etməlidir?
Virus necə lokallaşdırılmalıdır?
Bunun üçün ilk öncə müvafiq plan əsasında tərtib olunmuş proqram üzrə kompleks konseptual yanaşma tətbiq olunmalı, standart tibbi tədbirlər həyata keçirilməli, bütün detallar diqqətlə izlənilməlidir, aidiyyətı qurumların elmi-admistrativ, inzibati yanaşması mütəmadi olaraq mərkəzləşmiş KİV-lər tərəfindən vətəndaşların anlayışlı və şuurlu yanaşmasını təmin etmək və panikanın yaranmaması üçün məlumatlandırma-maarifçilik işinin aparılması təmin olunmalıdır.
Ölkə ərazisi insanların kütləvliyinə, məşğuliyyətinə, iqlim və atmosferin vəziyyətinə və insanların savad, mənəvi-psixoloji vəziyyətinə görə zonalara bölünüb, ümumi standart deyil, hər zonaya müvafiq tədbirlər tədbiq olunmalıdır.

Bütün ümumimilli məsələlərdə milli maraqlar fərdin mənafeyindən əvvəl gəlir və sözsüz ki, ümumimilli mənafedə hər bir fərdi vətəndaşın da şəxsi marağının təmin olunması ifadə edilir. Və əksinə, fərdi marağların önə çəkilməsi ümumi mənafeyə ziyan vurur, nəzəri cəhətdən əsasən belə olur. Epidemiya məsələsində isə əksinə şəxsin özünün qorunmasından başlamaq lazımdır.
TEZİS VƏ YAXUD DEVİZ BELƏ OLMALIDIR Kİ, SƏN ÖZÜNÜ QORUMALISAN, AiLƏNi VƏ CƏMiYYƏTi XiLAS ETMƏLiSƏN! Çünki cəmiyyət dedikdə məchul məsulliyət hissi ortaya çıxır, lakin şəxsin fərdi məsuliyyəti və cavabdehliyi daha tez qavralınan məsələdir.

Və insanlara, vətəndaşlara, adamlara sadə dildə izah olunmalıdır ki, VİRUS EPİDEMİYASI NƏDİR? Çünki, vətəndaş başa düşmədiyi dildə baş verən proseslərdə öz məsuliyyətini və cavabdehliyini hiss etməyəcək, xilaskarı və ya günahkarı başqa yerdə axtaracaq. Yəni bizim adi gözlə görə bilmədiyimiz canlı və insanın düşməni olan bu virusların yaşama və artıb çoxalması üçün vacib mühit insanın daxili orqanı və hətta digər daxili orqanlarda da yaşaya bilmir, yalnız ağ ciyər bu virusun yaşayıb çoxalacağı mühitdir oraya isə ağızdan və burundan yol vardır. Yəni adamların şəxsi və ümumi maddi kontakt vasitəsi əsasən əllərdir ki, əllərin də məcburi toxunduğu ümumi vasitələr vardır ki, biri də məsələn, pul vahidləridir. Müasir yaşam tərzində isə ümumi istifadə hallarından qaçmaq demək olar ki, mümkün deyildir. Deməli, imkan daxilində kontakt məhdudlaşdırılmalı və əllər təmizlənməmiş və müəyyən vasitələrlə dezinfeksiya olunmamış ağıza aparılmamalıdır.

Vətəndaşa izah olunub məlumatlandırılmalıdır ki, sən virusla evə qayıdarkən öz ailənin həyatını təhlükəyə atmaqla, o virusların da artıb-çoxalmasına şərait yaradırsan, yəni virusların artıb çoxalmasına, yaşanmasına və yayılmasına şərait yaradan vətəndaşdır, insandır. Bu epidemiyanın iki subyekti var- virus və vətəndaş. Mübarizə insanla virus arasında gedir və hansı qalib gəlsə məğlub olanı məhv edir, yəni məğlub olan ölməlidir. Deməli, ölüm dirim savaşıdır. Bu savaşda görülən bütün inzibati-administrativ tədbirlər insana kömək etmək üçündür.
Allah-Təalanın ən üstün varlıq olaraq şüurlu və kamil yaratığı varlıq- insandır!
Yoluxmamaq üçün tədbirlər, qorunmaq və ailəni xilas etmək vətəndaşın başlıca vəzifəsidir. Yəni hərə öz üzərinə düşən vəzifəni və məsuliyyəti lazımınca dərk edib, layiqincə yerinə yetirsə nə cəmiyyətimizi, nə vətəndaşımızı, nə dövlətimizi heç bir təhlükə gözləmir. Nəinki təhlükə, istənilən nailyyəti əldə etmək üçün hər kəs öz vəzifəsini və məsuliyyətini lazımınca dərk edib, ləyaqətlə yerinə yetirməlidir şüarı günün devizinə çevrilməlidir.

Virusun bədənə düşməsi də təhlükəli deyildir. Insan bədəninin qoruyucuları, keşikçi əskərləri vardır- immun sistemi bədənə daxil olan istənilən düşmənlə-virusla mübarizə aparır və virusu məhv etməyə çalışırlar. Deməli insanlar da immun sistemini güclü saxlamağa borcludurlar. İmmun sistemini güclü sağlamaq üçün isə anadan olduğumuz yerin suyu, torpağı, havasında yetişən təbii nemətlər bizim bədən strukturumuza daha yaxın, qəbul olunan və daha xeyirlidir. Nəinki, Azərbaycandan kənar iqlimlərdə bitən bitkilər. Beləliklə vətəndaşlar və ailələr üçün gündəlik istifadə etməklə immuniteti yüksək saxlaya biləcək və hər hansı virus, mikrob digər bu tiplərdən qorunmaq vasitələrini də diqqətə çatdırırıq.
Gündəlik hər ailənin içə biləcəyi anti-virus çayı: Mixək, darçın, hil, zəncəfil qarışığını bir-iki saat yaxşı dəmlədikdən sonra, içinə limon və naringi (portoğal) dilimlərini də qabıqlı atmaq olar, ilıq vəziyyətdə bir qaşıq bal qatıb içilsə çox dadlı və xeyirli dəmləmədir.
Alma sirkəsini yüz qram suya iki xörək qaşığı töküb içmək səhər və axşam. Həm dezinfeksiyaedici, həm də xolestrin və digər yağların əridilməsinə köməklik edir.

Sarımsağı həb şəklində udmaq, “bir xörək qaşığı bal, bir xörək qaşığı zeytun yağı, yarım və ya bir ədəd limonun şirəsi, bir çay qaşığı qarazirə yağı qarışdırılıb axşam yatmazdan əvvəl, səhər duranda ac qarına içilsə bütün vitamin və minerallarla zəngin qarışıq həm də mədə-bağırsağa çox müsbət təsir göstərir.” Gündə bir dəfə ailənin yaşadığı evdə, otaqlarda üzərlik yandırmaq da həm insana mənəvi-psixoloji, fizioloji, əhval-ruhiyyənin yüksəldilməsinə müsbət təsir göstərir ki, bu da immunitetin yüksəldilməsinə kömək edir, həm də üzərlik tüstüsü də virus və mikrob əleyhinə təsirli vasitədir.
Bu kimi təbii və digər qoruyucu və müalicə vasitələri ilə Azərbaycan vətəndaşı, bu regionun insanı təbiətin bəxş etdiyi təbii immunitetini güclü saxlamaqla özünün, ailəsinin, cəmiyyətin və millətinin sağlamlığını qorumuş olur və dövlətinin inkişafı və güclənməsində öz vətəndaş borcunu yerinə yetirərək töhfəsini vermiş olur.
Yoluxan bacı-qardaşlarımızın təcrid olunması, əlaqələrin və kontaktların kəsilməsi və onlara lazımi tibbi, mənəvi-psixoloji yardımın göstərilməsi epidemiyanın lokallaşdırılması və virusun artıb çoxalmasının qarşısının alınması və məhv edilməsi üçün çox vacibdir və insanların bu faktlara şüurlu, düşüncəli və səbrli panikasız yanaşması həm fərdin özünə, həm ailəsinə, həm cəmiyyətə və həm də dövlətə xeyir vermiş olar. Deməli virusu məhv etmək üçün onun fəaliyyətini məhdudlaşdırmaq və sərhədlərini daraldıb lokallaşdırmaq lazımdır. Ölkə üzrə zonalara bölünüb, ayrı-ayrı qiymətləndirilib, müvafiq yanaşma- yəni bölüb lokallaşdırmaqla virusun fəaliyyət meydanını daraldıb və üstünə gedib məhv etmək. Vətəndaşları və insanları da kütləvilikdən kənarlaşdırmaq fərdi nəzarətə götürmək lazımdır. Çünki, kütləvililik virusun inkişafını və çoxalaraq yayılmasını, aktivliyini stimullaşdırır.

Xəstəliyin xüsusiyyətinə diqqət etsək görərik ki, virusun fəaliyyəti üç mərhələni əhatə edir: İnkubasiya dövrü, inkişaf dövrü və son mərhələ sönmə dövrü. Dünyadakı gündəlik statistikaya nəzər salsaq, məsələn 16 mart 2020-ci il tarixində
-yoluxma 169,387 nəfər
- ölənlər 6513 nəfər
- sağalanlar 7,257 nəfər
Nəhayət, Resurs Analitik İnformasiya Mərkəzi Azərbaycan vətəndaşlarını təmiz olmağa, mənəvi-fizeoloji sağlamlığa, sanitar-gigiyenik qaydalara əməl etməyə, yerli-təbii vasitələrlə immuniteti güclü saxlamağa və bir-birinə kömək edərək ümumi bəlanı, ümumi düşməni məhv etməyə çağırır.
Azərbaycan Dövlətinin ən qiymətli sərvəti olan- azərbaycan vətəndaşı- İnsan ən güclü, ən gözəl, ən kamil, ən üstün şüurlu varlıqdır.
“Səs” qəzetinin sifarişi əsasında “Resurs” Analatik İnformasiya Mərkəzi tərəfindən hazırlanmışdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB